Rauf Arif oğlu Şahsuvarov Laçında anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1985-1991, Eldar Quliyevin kursu). İlk təyinatını Şuşa Dövlət Musiqili Dram Teatrına alıb və müəyyən fasilələrlə burada çalışıb (1991-1992, 1993-1994, 1998-2001). Qarabağ müharibəsində iştirak edib (1991-1992). Hazırda Bakı Uşaq Teatrının aktyorudur. "Laçınfilm" prodakşnı təsis edib. Prodakşnın nəzdində "Laçın" teatr studiyası var.
Filmoqrafiya:
O dünyadan salam (1991, tammetrajlı bədii film) – aktyor (Əli)
Kamança (1993, qısametrajlı film-tamaşa) – aktyor
Lal (II) (2003, qısametrajlı bədii film) – aktyor (ziyalı)
Yol yoldaşları (2003, tammetrajlı bədii film) – aktyor (bələdçi)
Qaz (II) (2005, tammetrajlı bədii film) – aktyor (ruhi xəstə)
Kəndim+nizə qayıdın!? (2007, tammetrajlı bədii film) – aktyor (Ziyadxan)
Usta Yusifin kamançası (2010, qısametrajlı bədii film) - aktyor
Yol (II) (2011, qısametrajlı bədii film) – aktyor
Sübhün səfiri (2012, tammetrajlı bədii film) – aktyor (nuxalı)
Pərvanələrin rəqsi (2012-2013, bədii serial) – aktyor (Daşdəmir)
Sonuncu fəsil (2013-2014, bədii serial) – aktyor (Şamo)
4.1 Şəhər motivləri – Dmitrov küçəsi 86 (2015, tammetrajlı bədii film, kinoalmanax) - aktyor
Oğlan evi 2 (2016, tammetrajlı bədii film) – aktyor
Barama (2017, bədii serial) – aktyor
Dəmir qazan (2017, tammetrajlı bədii film) – aktyor (Mətləbin adamı)
Hoqqa (2017, tammetrajlı bədii film) – aktyor
Hiç yorum yok:
Yorum Gönder