Aktyor Bahadur Əliyevin ad günüdür




Bahadur Atabala oğlu Əliyev Masallının Sığıncaq kəndində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun kino və dram aktyorluğu fakültəsində təhsil alıb (1957). Xarici film istehsalçılarının “Odlu yollar” (1977-1984, rejissor Şuhrət Abbasov / Özbəkistan), “Elibaba və qırx quldurun sərgüzəştləri” (1979, rejissorlar Lətif Feyziyev, Umeş Mehra / Özbəkistan, Hindistan), “Coşqun çayın axınında” (1980, rejissor Zinoviy Royzman / Özbəkistan) filmlərində çəkilib. Dublyaj sahəsində uzun müddət fəaliyyət göstərib. Bir müddət dublyaj sexinin direktor müavini işləyib. Bahadur Əliyev 2002-ci ildə vəfat edib.

Filmoqrafiya:
Bir məhəllədən iki nəfər (1957, tammetrajlı bədii film) – aktyor (həbsxanadakı adam)
Kölgələr sürünür (1958, tammetrajlı bədii film) – aktyor (elmi işçi)
Onun böyük ürəyi (1958, tammetrajlı bədii film) – aktyor (Əhməd)
Əsl dost (1959, tammetrajlı bədii film) – aktyor (Fərmanın köməkçisi)
Onu bağışlamaq olarmı? (1959, tammetrajlı bədii film) – filmi səsləndirən (leytenant Rəsulov-Bürcəli Əsgərov)
Qəribə əhvalat (1960, qısametrajlı bədii film) – aktyor (milis işçisi)
Səhər (1960, tammetrajlı bədii film) – aktyor (fəhlə)
Bizim küçə (1961, tammetrajlı bədii film) – aktyor, filmi səsləndirən (Musa-Qafar Həqqi)
Böyük dayaq (1962, tammetrajlı bədii film) – aktyor (komsomolçu)
Əmək və qızıl gül (1962, tammetrajlı bədii film) – filmi səsləndirən (qonaq)
Telefonçu qız (1962, tammetrajlı bədii film) – filmi səsləndirən (restorandakı adam)
Möcüzələr adası (1963, tammetrajlı bədii film) – filmi səsləndirən (neftçi)
Romeo mənim qonşumdur (1963, tammetrajlı bədii film) – filmi səsləndirən (Murik-Səlim Vəkilov)
Kimi daha çox sevirik – Cazibə qüvvəsi (1964, tammetrajlı bədii film, kinoalmanax) – filmi səsləndirən (idmançı)
Kimi daha çox sevirik – Zirvə (1964, tammetrajlı bədii film, kinoalmanax) – filmi səsləndirənlər (Tofiq-Mirzəbala Məlikov)
Sehrli xalat (1964, tammetrajlı bədii film) – aktyor (yaraqlı), filmi səsləndirən (milis əməkdaşı-Tələt Rəhmanov)
Ulduz (1964, tammetrajlı bədii film) – aktyor (Qədir)
Yenilməz batalyon (1965, tammetrajlı bədii film) – aktyor (rus zabit)
Yun şal (1965, qısametrajlı bədii film) – aktyor
İstintaq davam edir (1966, tammetrajlı bədii film) – aktyor (Əliyev)
İyirmialtılar (1966, tammetrajlı bədii film) – aktyor (Əzizbəyovun köməkçisi), filmi səsləndirən (fəhlə Süleyman-Rza Əfqanlı)
Dağlarda döyüş (1967, tammetrajlı bədii film) – filmi səsləndirən (rus sərhədçi)
Torpaq. Dəniz. Od. Səma. (1967, tammetrajlı bədii film) – filmi səsləndirən (komandir)
Qanun naminə (1968, tammetrajlı bədii film) – filmi səsləndirən (Salamatov-N.Məmmədov)
Mən ki, gözəl deyildim (1968, tammetrajlı bədii film) – filmi səsləndirən (Şərifin rəisi)
Uşaqlığın son gecəsi (1968, tammetrajlı bədii film) – filmi səsləndirən (pəltək işçi)
Bir cənub şəhərində (1969, tammetrajlı bədii film) – aktyor (Muradın iş yoldaşı)
Bizim Cəbiş müəllim (1969, tammetrajlı bədii film) – aktyor (alverçi, əsgər)
General (1970, qısametrajlı bədii film) – aktyor
O qızı tapın (1970, tammetrajlı bədii film) – filmi səsləndirən (mafioz qrupunun üzvü)
Axırıncı aşırım (1971, tammetrajlı bədii film) – aktyor (Eyvaz)
Ən vacib müsahibə (1971, tammetrajlı bədii film) – aktyor (Bahadur)
Həyat bizi sınayır (1972, tammetrajlı bədii film) – filmi səsləndirən (yol milisi)
Skripkanın sərgüzəşti (1972, tammetrajlı bədii film) – filmi səsləndirən (Zaxarçenko-Gennadi Yuxtin)
Bizim küçənin oğlanları (1973, tammetrajlı bədii film) – aktyor (küçə sakini)
Ömrün ilk saatı (1973, tammetrajlı bədii film) – aktyor (qonşu)
Səmt küləyi (1973, tammetrajlı bədii film) – aktyor
Bakıda küləklər əsir (1974, tammetrajlı bədii film) – aktyor (Bahadur), filmi səsləndirən (zabit Ağayev-Süleyman Ələsgərov)
Qatır Məmməd (1974, tammetrajlı bədii film) – aktyor (Məmmədin adamı)
Ömrün səhifələri (II) – Rəqiblər (1974, tammetrajlı bədii film, kinoalmanax) – aktyor (müştəri)
Firəngiz (1975, tammetrajlı bədii film) – aktyor (Davud)
Dərviş Parisi partladır (1976, tammetrajlı bədii film) – aktyor (bəy)
Sevinc buxtası (1977, tammetrajlı bədii film) – aktyor
Şir evdən getdi (1977, tammetrajlı bədii film) – aktyor (şəhər sakini)
Üzü küləyə (1977, tammetrajlı bədii film) – aktyor
Babək (1979, tammetrajlı bədii film) – aktyor (Divdad)
Gözlə məni (1980, tammetrajlı bədii film) – aktyor
Babamızın babasının babası (1981, tammetrajlı bədii film) – filmi səsləndirən (müdir-Rafiq Əliyev)
İşgüzar səfər (1982, tammetrajlı bədii film) – aktyor (kənd sakini)
Nizami (III) (1982, tammetrajlı bədii film) – aktyor (sərxoş)
Evlənmək istəyirəm (1983, tammetrajlı bədii film) – aktyor (bəy)
Bağ mövsümü (1985, tammetrajlı bədii film) – aktyor (alıcı)
Bəyin oğurlanması (1985, tammetrajlı bədii film) – aktyor (kənd sakini)
Sizi dünyalar qədər sevirdim (1985, tammetrajlı bədii film) – aktyor
Özgə ömür (1987, tammetrajlı bədii film) – aktyor (dəfn mərasimindəki adam)
Yaramaz (1988, tammetrajlı bədii film) – aktyor (yas yerindəki adam)
Şerəli və Aybərçin (1989, tammetrajlı bədii film) – aktyor
Təxribat (1989, tammetrajlı bədii film) – aktyor (Bahadur)

Hiç yorum yok:

Yorum Gönder

Pages