Bu gün həm də Su çərşənbəsidir. Türk-müsəlman dünyası üçün uğurlu və xeyirli olsun. 33 il öncə fevralın 25-dən 26-na keçən gecə Xocalı soyqırımı baş verib. Mən o dəhşətli soyqırımın şahidlərindənəm. Erməni terrorçuları Rusiyaya məxsus 366-cı Motoatıcı Alayın şəxsi heyəti ilə birgə Xocalını yerlə yeksan etdilər. Şərəfsizlər yaşlılara, qadın və uşaqlara aman vermədilər.
2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən II Vətən savaşında, həmçinin, 2023-cü il sentyabrın 19-20-də başlanan lokal antiterror əməliyyatları zamanı düşmən tapdağında olan doğma torpaqlarımız azad edildi. Allah-Təala şəhidlərimizin və cəmi dünyasını dəyişənlərimizin ruhlarını şad eləsin. Allah Türk-İslam dünyasını və bütün sivil dünyanı qorusun.
Azərbaycan vətəndaşları olaraq düşmən üzərində qazanılmış tarixi qələbənin qədrini bilək.
Hörmətlə,
Şamil Sabiroğlu,
"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin qurucusu.
Bakı şəhəri, 25.02.2024. Bu
Hiç yorum yok:
Yorum Gönder