14 yanvar Gürcüstanın Dövlət Bayrağı Günü kimi qeyd olunur.
InterPress.ge xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, bu gün Gürcüstanın Müdafiə Nazirliyinin ərazisində və Müdafiə Qüvvələrinin hərbi bazalarında bayraq qaldırma mərasimi keçirilib. Ölkənin dövlət rəmzinə hörmət əlaməti olaraq Müdafiə Qüvvələrinin hərbi qulluqçuları dövlət himninin fonunda Gürcüstan bayraqlarını təntənəli şəkildə qaldırıblar.
Gürcüstanın Dövlət Bayrağı Günü yanvarın 14-də, Gürcüstanın Dövlət Bayrağı haqqında Gürcüstanın Üzvi Qanununun qəbul edildiyi gün qeyd olunur.
Hiç yorum yok:
Yorum Gönder