Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Xəzər rayonu Mərdəkan bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə giriş sözü ilə çıxış edən YAP Xəzər rayon təşkilatının sədr müavini Şəfayət Nənəcanov bələdiyyə institutunun yerli demokratiyanın göstəricisi olduğunu bildirib. O, çıxışında ölkəmizdə bələdiyyələrin yaranma tarixi, ötən dövr ərzindəki fəaliyyətləri, dövlətimiz tərəfindən yerli özünüidaəetmə orqanlarına göstərilən dəstək barədə məlumat verib.
Görüşdə çıxış edən təşviqat qrupunun üzvləri Altay Mansurov, Müşfiq Əliyev və bələdiyyə üzvlüyünə namizəd Bəxtiyar Babayev ötən müddət ərzində yerli özünüidarəetmə orqanlarının inkişafı istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırıblar.
Hiç yorum yok:
Yorum Gönder