Xalq artisti, aktyor Eldəniz Zeynalov ad günüdür.




Eldəniz Məmməd oğlu Zeynalov Bakıda anadan olub. Adını qonşuları Səməd Vurğun qoyub. Hələ məktəbli ikən dayısı Həsənağa Salayevin tövsiyyəsi ilə Azərbaycan Dövlət Dram Tеatrında uşaq rоllarında çıхış еdib. İlk dəfə 13 yaşında ikən “Sevil” (Cəfər Cabbarlı) tamaşasında Gündüz rolunu oynayıb. Teatr İnstitutunda aktyorluq təhsili alıb (1956-1962). Məzun olduqdan sonra Akademik Dram Teatrında işə başlayıb. Sоnralar tеatr və kinоda, tеlеviziya və radiо tamaşalarında, “Mоzalan”ın satirik kinojurnalının bir çох süjеtlərində оbrazlar yaradıb. Xarici film istehsalçılarının “Təyyarələr enmədi” (1963, rejissor Zahid Sabitov / Özbəkistan), “Dulsineya Tobosskaya” (1980, rejissor Svetlana Drujinina / Rusiya) filmlərində çəkilib. “Hümay” mükafatı laureatı (1999), əməkdar artist (1974), xalq artisti Eldəniz Zeynalov 2002-ci ildə dünyasını dəyişib.
Aktyor Eldəniz Zeynalov televiziya rejissoru Tofiq Zeynalovun qardaşıdır.
Aktyor Eldəniz Zeynalov aktyor Məmməd Zeynalovun atasıdır.

Filmoqrafiya:
Əhməd haradadır? (1963, tammetrajlı bədii film) – aktyor (rəngsaz Əhməd)
İyirmialtılar (1966, tammetrajlı bədii film) – aktyor (Vəzirov)
Yaşamaq gözəldir, qardaşım (1966, tammetrajlı bədii film) – aktyor (Mustafa Sübhi)
Bir cənub şəhərində (1969, tammetrajlı bədii film) – aktyor (Tofiq)
Bizim Cəbiş müəllim (1969, tammetrajlı bədii film) – aktyor (alverçi Qulam)
Foto “Fantaziya” (1970, qısametrajlı bədii film) – aktyor
O qızı tapın (1970, tammetrajlı bədii film) – aktyor (Səyavuş)
Yeddi oğul istərəm (1970, tammetrajlı bədii film) – aktyor (kəndli Kazım)
Axırıncı aşırım (1971, tammetrajlı bədii film) – aktyor
Həyat bizi sınayır (1972, tammetrajlı bədii film) – aktyor (Məsi)
Ömrün səhifələri (II) – Rəqiblər (1974, tammetrajlı bədii film, kinoalmanax) – aktyor (Eldəniz)
Danışan məktub (1975, qısametrajlı bədii film) – aktyor
Dörd bazar günü (1975, tammetrajlı bədii film) – aktyor
Vulkana doğru (1976-1977, bədii serial) – aktyor (Cəfərov)
Arvadım mənim, uşaqlarım mənim – Arvadım mənim, uşaqlarım mənim (1978, tammetrajlı bədii film, kino-almanax) – aktyor (müfəttiş Səlimov)
Mən mahnı qoşuram (1978, tammetrajlı bədii film) – aktyor (sədr)
Gözlə məni (1980, tammetrajlı bədii film) – filmi səsləndirən (Mirzə bəy-Novruz Axundov)
Qızıl uçurum (1980, tammetrajlı bədii film) – aktyor (Nuru bəy)
Yol əhvalatı (1980, tammetrajlı bədii film) – aktyor (şikayətçi)
Babamızın babasının babası (1981, tammetrajlı bədii film) – aktyor (həkim)
Əzablı yollar (1982, tammetrajlı bədii film) – aktyor (böyük div)
Musiqili xaş (1984, qısametrajlı bədii film) – aktyor
Bağ mövsümü (1985, tammetrajlı bədii film) – aktyor (Əlisahib)
Bəyin oğurlanması (1985, tammetrajlı bədii film) – aktyor (komissiya sədri)
Araqarışdıran (1987, tammetrajlı bədii film) – aktyor
Sehrli çıraq (1987, animasiya filmi) – aktyor
Yaramaz (1988, tammetrajlı bədii film) – aktyor (Hətəmin iş yoldaşı)
Qonşu qonşu olsa... (1989, tammetrajlı film-tamaşa) – aktyor (Müzəffər)
Nakəs (1991, tammetrajlı bədii film) – aktyor
777 №-li iş (1992, tammetrajlı bədii film) - aktyor
Hər şey yaxşılığa doğru (1997, qısametrajlı bədii film) – aktyor (musiqi xadimi)
Nigarançılıq (1998, tammetrajlı film-tamaşa) – aktyor (Məşədi Bağır)
Spasibo (1998, tammetrajlı bədii film) – aktyor
Yerlə göy arasında (1998, tammetrajlı bədii film) – aktyor
Allah rəhmət eləsin

Hiç yorum yok:

Yorum Gönder

Pages