Türkiyə Milli Müdafiə Nazirliyi 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı paylaşım edib.
Bakmiltv.info Oxu.Az-ın xəbərinə görə, başsağlığının mətni nazirliyin "X" səhifəsində dərc edilib.
"Qardaş Azərbaycanda baş verən və "Qara Yanvar" kimi tanınan qətliamda şəhid olan qardaşlarımızı ehtiramla yad edirik.
Yaxşı gündə də, pis gündə də "Bir millət, iki dövlət" olaraq Azərbaycan türkü qardaşlarımızla birlikdə olmağa davam edəcəyik.
Unutmadıq, unutmayacağıq!" - deyə paylaşımda bildirilib.
Hiç yorum yok:
Yorum Gönder