Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarının həyatında tibb xidməti sahəsində öz -dəst xətti olan, yüksək peşəkarlığı,sadəliyi, humanistliyi, iradı, mənəvi keyfiyyəti, dəqiqliyi, təmkinliyivə səmimiyyəti ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 31 ildən çox şərəfli xidmət yolunu həqiqi hərbi xidmətdə keçirmiş, Azərbaycan Respublikasının müharibə veteranı- ehtiyatda olan tibb xidməti polkovnik-leytenantı Balayev Malik Beriya oğlunun yanvar ayının 7-də dünyaya göz açdığı gündür.
Belə bir əlamətdar gün münasibətilə Malik Balayevi Daxili İşlər Nazirliyi (Din-in) Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, onun əzizləri, doğmaları, iş və yoldaşları səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, ailə səadəti və həyat yollarinda bitib- tükənməyən nailiyyətlər arzu edib deyirlər.Malik həkim qoy yaşının üstə gələn bu yaşda sizə sevinc dolu günlər bəxş etsin, hər yeni günüz isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Azərbaycan Respublikasının müharibə veteranı tibb xidməti polkovniki-leytenantı Balayev Malik Beriya oğlu 07 yanvar 1970 -ci ildə Tərtər rayonunun Qaradağlı kəndində zəhmətkeş bir ailədə dünyaya göz açıb.
1987-ci ildə Tərtər rayonunun Qaradağlı kənd orta məktəbində təhsilini başa vuraraq Azərbaycan Dövlət Tibb Universitetinin müalicə profilaktika fakültəsinə daxil olmuş, 1994-cü ildə həmin Üniversiteti bitrib. Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Ölkəmizdə və xarici ölkələrdə həkimlərin təkmilləşmə İnstitutunda və digər təhsil müəsissələrində müvafiq ixtisasartırma kurslarda olub, Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində keçirliən bir çox təlim- toplanışlarda, taktiki- xüsusi təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib. O,Ünversitetdə təhsil alan zaman Azərbaycan Ordusunun hərbi hissələrinin birinin tərkibində tibb bölməsi ilə birgə Ağdərə və Ağdam istiqamətində gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifələrin və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Aranızəmin, Pircamal, Naxçıvanik istiqamətində düşmən hücumlarının qarşısının alınmasından başlayan döyüş yolu Ağdərənin və Ağdamın əksər kəndlərinin müdafiəsi və azad edilməsi ilə başa çatmışdır. Döyüşçülərin sağlığlamlığının təmin edilməsində öz bilik və baçarığnı əsigəmədən əldə silah qanlı savaş meydanlarında olmuşdur.O döyüşçülərimizin əldə etdiyi qələbələrə hədsiz sevinməklə yanaşı, düçar olduğumuz uğursuzluqlara ürək yanğısı ilə açımışdır.
Döyüş mövqelərində olduğu,Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində isə xidmət etdiyi illər ərzində saysız- hesabsız yaralılara ilkin tibb yardımın göstərilməsində, ambulator və stasionar müalicəyə ehtiyacı olan hərbi qulluqçuların müalicə olunub sıraya dönməsində Azərbaycan Respublikasının müharibə veteranı tibb xidməti polkovnik leytenantı Malik Beriya oğlu Balayevin xalqımız qarşısında layiqli xidmətləri olmuşdur.
İnsan sağlamlığını, insan həyatını bütün dəyərlərindən üstün tütaraq, bu müqəddəs amal uğrunda o,hələ tələbə ikən peşəsinin pərvanəsinə dönmüşdür.Xəstələrin və yarlıların müalicə olunmasında yüksək keyfiyyət nəticəsinə yiyələnə bilmişdir.
Tibb xidməti polkovnik- leytenantı Balayev Malik Beriya oğlu, 1988-1989- cu illərdə Sovet ordusunda müddətli həqiqi hərbi xidmətdə olub.1994 -2015 -ci ilərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Qaradağ və Binəqədi rayonunlarında yerləşən hərbi hissədə və hərbi hospitalinda həkim - diotoloq, tibb məntəqə rəisi, tibb xidməti rəisi, Daxili Qoşunların Bas İdarəsində isə Tibb Xidməti (şöbə səlahəyətli) rəisinin müavini vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir. O, "Hərbı xidmətkeçmə haqqında" əsasnamənin 156-cı madəsinin v). bədinə müafiq olaraq (xəstəliyə görə) həqqi hərbi xidmətdən ehtiyata buraxılıb.Hal-hazırda Dövlət Sərhəd Xidmətinin hərbi hospitalında işləyir.
Ali dərəcəli həkim Malik Balayev Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kimi göstərmişdir.O işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi nizamələrin və hərbi adın tələblərinin yerinə yetirilməsində üzərinə düsən vəzifə və tapşırıqların yerinə yetirilməsində bir çox hərbi qulluqçular üçün şəxsi nümunə olmuş,Hippokrat andına isə həmişə sadiq qalmışdır.
Malik həkim Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insapərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsədə xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış, qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Qanunvericiliklə müəyyən edilmiş qaydada Daxil İşlər Nazirliyi Daxili Qoşunlarına həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində, ictimai asayişin və ictimai təhlükəsizliyin qorunmasnda və təmin edilməsində,yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında,mütəşəkkil cinayətkarlığa qarşı m qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, qəzalar, bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa fövqəladə hallar, habelə fövqaladə vəziyyət və komendant zamanı hüquqi rejim tədbirlərinin təmin olunmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında,hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlə rə görə əlacı və yubiley döş nişanla rı ilə təltif edilib, bir cox fərman larla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Öz vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların yerinə yetirilməsində xüsusi fəriqləndiyinə və hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunların Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə aşağıdakı medallarla təltif olunub:
1."Qüsrsuz xidmətə görə" 1-ci, 2-ci və 3-cü dərəcəli medallar ilə;
2."Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 10-iliyi, 90-illiyi və 95-iliyi yubiley medalları ilə.
DİN-in Daxili Qoşunların Baş İdarəsi tərəfindən hər il, hərbi hissələrdə keçirilən təftiş ümumi, yekun, qəfləti yoxlamaların nəticələrinə görə Malik Beriya oğlu Balayevin rəhbərlik etdiyi tibb xidməti Daxili Qoşunların hərbi hisələri arasında həmişə birinci yeri tutmuşdur.
Azərbaycan Respublikasının Prezıdentının 11 mart 2015 -ci il tarixli 1027 saylı
sərəncamına əsasən, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yaradılmasının 23 -cü il dönümü ılə əlaqədar olaraq dövlətin ərazi bütövlüyünün təmin edilməsində iştirak edərkən, döyüş zamanı igidlik göstərdiyinə və xidmət vəzifələrini, hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə "Hərbi xidmətə görə" medalı ilə təltif olunub.
Yüksək insani keyfiyyətlərə və kamil həkimlik peşəsinə qadir Malik həkim sağlamlıq bəxş etdiyi insanların ömrundə və şərəfli həkim peşəsinin tarixində yaşayacaq.
YUBİLEY GÜNÜN MÜBARƏK OLSUN MALİK HƏKİM!
GÜNƏŞ QƏDƏR İSTİ...QAR DƏNƏSİ QƏDƏR SAF VƏ TƏMİZ BİR DİLƏYİLƏ... AD GÜNÜN MÜBARƏK OLSUN...
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri Və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder