Daxili İşlər Nazirliyi Daxiıi Qoşunlarının həyatında öz dəst-xətti olan, yüksək peşəkarlığı,humanistliyi, işgüza rlığı, iradı, mənəvi keyfiyyəti, dəqiqliyi, təmkinliyi, sadəliyi, səmimiyyəti,qayğıkeşliyi, vətənpərvərliyi, və səmərəli fəaliyyəti ilə seçilən, istefada olan polkovnik leytenant Hüsiyev Əkbər Hüsü oğlunun yanvar ayının 24-də dünyaya göz acdığı gündür.
Daimi həyatın bütün cətinliklərindən alını açıq və üzüağ çıxan, polkovnik leytenant Əkbər Hüsiyevi doğum günü münasibətilə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri, kollektivi, onun əzizləri ,doğmaları,yaxınları, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadatı və həyat yollarında bitib - tükənməyən nailiy yətlər arzu edib deyirlər Əkbər müəllim qoy
yaşının üstə gələn bu yaş da sizə sevinc dolu günlər bəxş etsin, hər yeni günüz isə ötən günlərdən daha gözəl istəklərinizə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Qeyd edək ki, polkovnik- leytenant Hüsiyev Əkbər Hüsü oğlu 1960-cı ilin yanvar ayının 24 -də Zəngilan rayonunda zəhmətkeş bir ailədə anadan olub.
Orta təhsilini Zəngilan rayonunda, ali təhsilini isə SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunların Saratov Ali Hərbi məktəbində almışdır.
Əkbər Hüsiyev Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında müxtəlif rəhbər vəzifələrdə xidmət etdiyi illər ərzində, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə,Hərbi Andın, hərbi nizamələrin və digər hüquq- normativ aktların tələblərinə, eləcdə vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəf fəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir çox hərbi qulluqçuları fədakar hərbi xidmətə
ruhlandırmışdır.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda (Ağdam , Ağdərə, Zəngilan və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə fəal iştirak etmiş və ağır yaralanmışdır.Azərbaycan Respublikasının müharibə veteranıdır.
Öz xidməti vəzifə borclarının icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanı və onun müavinlərinin, Ali hərbi məktəb rəisinin, diviziya və hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmət lərə görə əlacı, yubiley və müvafiq idman dərəcəsi döş nişanları ilə təltif olunub,bır çox fərmanlarla, qiymətli hədiyyələrlə mükafat landırlıb, ona təşəkkür elan edilib və aşağıdakı medallarla təltif olunub:
1.”Qüsursusuz xidmətə görə” 1-ci dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
2.”Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
3.”Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
4.”SSRİ Silahlı Qüvvələrinin 70 illiyi (1918-1988)” yubiley medalı ilə;
5.”Azırbaycan Respubilkasının Sillahlı Qüvvələrinin 10-illiyi (1991-2001)” illiyi yubiley medalı ilə.
DOĞUM GÜNÜN MÜBARƏK ƏKBƏR MÜƏLLİM!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
Azərbaycan Respub ilkasının Silahlı Qüv vələri və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder