Təbrik:Polkovnik Bilal Zeynalov-57



    

Yüksək peşəkarlığı, humanistliyi,iradi işgüzrlığı,mənəvi keyfiyyəti, dəqiqliyi, təmkinliyi,xeyirxahlığı  sadəliyi və səmimiyyəti  seçilən ömrünün  ən məhsuldar dövrünün 30 ildən çox şərəfli xidməti yolunu  Daxili İşlər Nazirliyi  (DİN-in) Daxili Qoşunlarında  keçirmiş, Azərbaycan Respublikasının Silahlı Qüvvələrin və müharibə veteranı -ehtiyatda olan polkovnik Zeynalov Bilal Ramiz oğlunun  4 yanvar 57 yaşı tamam olur.


Belə bir əlamətda gün münasibətilə  Din-in Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,əzizləri və doğmaları -ehtiyatda olan polkovnik Bilal Ramiz oğlu Zeynalovu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir,ona həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, ailə səadatı  və həyat yollarında bitib - tükənməyən nailiy yətlər arzu edib deyirlər Bilal      qoy

yaşının üstə gələn bu yeni yaşda sizə sevincdolu günlər bəxş etsin, hər yeni günüz isə ötən günlərdən daha gözəl istəklərinizə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin. 


  Azərbaycan Respublikasının Silahlı Qüvvələri və müharibə veteranı -ehtiyatda olan polkovnik  Zeynalov Bilal Ramiz oğlu  04 yanvar 1968-ci ildə  Salyan rayonunda anadan olub.

   

 1985-ci ildə Salyan rayon orta məktəbini, 1989-cu ildə SSRİ  Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Saratov   Ali hərbi məktəbini, 2000-ci ildə Türkiyə Hərbi Akademiyasını  bitrib. Polkovnik Bilal Zeynalov Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində Azərbaycanda , Xarici ölkələrdə Akademik kurslarda və hərbi  təcrübə mübadiləsi əldə etmək üçün Xarici ölkələrdə işgüzar səfərdə  olub.  Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrdə kecirlən bir çox təlim- metodiki ğtoplanışlarda, taktiki  -xüsusi təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.

    

 Bilal Ramiz oğlu Zeynalov  1989- 1991-ci illərdə  SSRİ DİN-in  Daxili Qoşunlarında taqim komandiri, 1992-2015-ci illərdə isə Müstəqil Respublikamızın Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının konvoy – mühafizə  alayında, Gəncə şəhərində,  Nərimanov, Binəqədi, Hacıqabul, Xəzər rayonlarında yerləşən hərbi hissələrində böluk komandirinin  ümümü müavini,  böluk komandirinin tərbiyəvi işlər üzrə müavini ,bölük komandiri, tabor komandiri, hərbi hissə komandirinin birinci müavini- qərargah rəisi,  hərbi hissə komandiri, Dax  Qoşunların Baş İdarəsinin Qərargahında əməliyyat şöbəsinin baş zabiti, prespektiv inkişaf və  planlaşdırma xidmətinin rəisi, Daxili Qoşunların Bas İdarəsinin Ali hərbi məktəbində isə kğafedra rəisi vəzifələrində Vətənə, dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.

    

 Bilal Zeynalov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kimi göstərmişdir.O işlədiyi və oxuduğu   təhsil müəssisələrin də, yaşadığı ərazidə  kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümunə olmuşdur.

    

B. Zeynalov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insapərvər, əliaçıq, zəhmətkeş  zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost-tanış, qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

   

Müstəqil Azərbaycan ın Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andın,  hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin  və digər hüquqi- normativ aktların  tələblərinə, eləc ğdə vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş  xidməti  tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir cox  hərbi qulluqçuları fədakar hərbi xidmətə

ruhlandırmışdır.

  

   O, Qanunvericiliklə müəyyən edilmiş qaydada Daxil İşlər Nazirliyi Daxili Qoşunlarına həvalə edilmiş vəzifə və tapşırıqların yerinə yetirilməsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi- tədbirlərin keçirilməsi yerlərində ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində  kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə,qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, mühüm əhəmiyyətli obyektlərin, islah- əmək müəssisələrinin, inzibati binaların, hərbi təchizat anbarların mühafizə olunmasında, qəzalar, bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa fövqalədə hallar, habelə   fövqəladə vəziyyət vəziyyət zamanı hüquqi rejimin təmin olunmasında,  dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə   yerınə yetirmişdir.


     Polkovnik Bilal Ramiz oğlu Zeynalov Daxili Qoşunlarda müxtəlif vəzifələrdə xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ona həvalə vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.


     Bilal Zetnalov Dax ili Qoşunlarda xidmət etdiyi illər ərzində peşəkar zabitlərin,gizir və müddətdən artıq xidmət edən hərbi qulluqçuların, kiçik komandir heyətinin və kiçik mütəxəssislərin  yetişməsində, eləcə də onların komandir, döyüş və ictimai sıyası  hazırlığında xüsusi  əməyi olmuşdur.


 O,təqaüdə çıxdıqdan sonra da hərbi quluqcuların  hərbi vətənpərvərlik tərbiyəsində və peşəkarlığının artırılmasında öz bilik və baçarığnı onlardan əsirgəmir.

   

Ehtiyatda olan polkovnik Bilal Zeynalov  Daxili  Qoşunlarda müxtəlif vəzifələrdə xidmət etdiyi illər ərzində  kompleks, məqsədli, qrupların, təftiş,  yekun, nəzarət, ümümü  yoxlama ( təhfil-təslim, mandat və buraxılış imtahan) komissiyaların  üzvü və sədri  olduğu müddətdə üzərinə düşən vəzifələ və tapşırıqları layiqincə yerinə yetirmişdir.

    

Azərbaycan Respublikasının Silahlı Qüvvələr və müharibə veteranı -ehtiyatda olan polkovnik Bilal Zeynalovu tanyanlar  onun nə dərəcədə  tələbkar insan olduğunu çox yaxşı bilirlər.Bilal Zeynalovun  qiymətli  cəhətlərindən biri də onun sadə, təvazökar, qeyrətli və vətənpərvər olmasıdır. Böyüklə-böyük,kiciklə-kiçik, sözü ilə əməli düz gələn bir gözəl insan,Azərbaycanmızın bu günu, sabah ilə bağlı daimi düşünür, ölkəmizi daimi qüdrətli,güclü   və firavan görmək istəyir.

   

 Hərbi və ictimai  vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Ali hərbi məktəb və Hərbi akademiya  rəislərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla zidmətlərə görə əlacı, yubiley və müvafiq idman dərəcələri döş nişanları ilə təltif olunub, pul mükafatları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

     

Döyüş hazırlığındakı  əla göstəricilərə görə, təlimlərdə, döyüş xidməti və döyüş növbəsində xüsusi fərqləndiyinə görə, şücaət və   fədakarlıq xidmətləri göstərdiyinə görə  SSRI Alı Soveti və Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə aşağıdakı medallarla təltif olunub:


1."Azərbaycan Respublikasının Silahlı Qüvvələr Veteranı" medalı ilə ;


2."Qüsursuz xidmətə görə" 1-ci, 2-ci və 3-cü dərəcəli medal ilə;


3."SSRİ Silahlı Qüvvələrinin 70 (1918-1988) illiyi, Azərbaycan Respublikası Silahlı Qüvvələrininin isə 10-illiyi (1991-2001), 90-illiyi (1918-2 008) və 95-illiyi (1918-2013)” yubiley  medalları ılə ;


DOĞUM GÜNÜN MÜBARƏK OLSUN BİLAL MÜƏLLİM!


ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!


BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!


DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!


Azərbaycan Respub ilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı  polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages