Yanvar ayının 11-də istefada olan mayor Xaləddin Qasımovun 64 yaşı tamam olur.
Daimi həyatın sınaqlarından alınıaçıq və üzüağ çıxan istefada olan mayor Qasımov Xaləddin Heybət oğlunu doğum günü münasibətilə Daxili İşlər Mazirliyi (DİN-in) Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri, doğmaları, əzizləri və iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, ailə səadəti və həyat yollarında bitib- tükənməyən nailiyyətlər arzu edib deyirlər,Xaləddin qoy yaşının üstə gələn bu yaş da sizə sevinc dolu günlər bəxş etsin, hər yeni gününüz isə ötən günlərdən daha gözəl istəklərinizə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Mayor Qasımov Xaləddin Heybət oğlu 11 yanvar 1961-ci ildə Xaçmaz rayonuun Moruq-Oba kəndində zəhmətkeş ailədə anadan olub.
1977-ci ildə Xaçmaz rayonuun Ləcət kənd orta məktəbi,1978-ci ildə Bakı şəhər Peşə liseyini, 1988-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu ,1999-cu ildə isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin doyuş hazırlığı idarəsinin Xəzər rayonunda yerləşən təlim və tədris mərkəzində zabitlərin ixtisas artırma kursunu bitrib.O,DİN-in Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində keçirilən bir çox təlim- metodiki toplanışlarda, hərbi xüsusi -taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.
1979-1991-ci ilərdə Sovet Ordusunun Tükmənistan Respublikasının Krasnovodski şəhərində yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olub.
1981-1983-cü illərdə Bakı Məişət Kondisioner zavodunda xarrat, 1988-1997-ci ilərdə Xaçmaz şəhəri 3 nömrəli tam orta məktəbdə müəllim, 1997-1998- ci illərdə Müdafiə Nazirliyinin Çəmşid Naxçıvanski adına hərbi liseyində taqım komandiri vəzifəsində işləyib.
1998-2014 -cü illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinin Quba (Yalama qəsəbəsində), Binəqədi, Xəzər rayonlarında, Gənçə və Lənkəran şəhərlərində yerləşən hərbi hissədə və ali hərbi məktəbdə,bölük komandirinin müavinini,bölük komandiri, fiziki hazırlıq və idman rəisi, idman kafedrasında müəllim vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir..
2016-cı ildən etibarən Xaləddin Qasımov Dövlət Sərhəd Xidməti Akademiyasının idman kafedrasında idman müəllim işləyir.
X.Qasımov DİN-in Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kimi göstərmişdir.O işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nüminə olmuşdur.
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməsi,
Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamələrinin və digər hüquqi- normativ aktların tələblərinin, eləcdə vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir cox hərbi qulluqçuları fədakar hərbi xidmətə
ruhlandırmışdır.
Xaləddin Qasımov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insapərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxili Qoşunlara həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində,şəhərdə,yaşayış məntəqərində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda və təmin edilməsində, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, qəzalar, bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa fövqalədə hallar , habelə fövqəladə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin olunmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Daxili Qoşunların Baş İdarəsinin hərbi hisələrində İdman və fiziki hazırlıq rəisi vəzifələrində xidmət etdiyi illər ərzində taborda və əlahiddə bölmələrdə keçiirlən, yekun və nəzarət yoxlama eləcə də məqsədli qurupların üzvü və kiçik zabitlərin şərəf məhkəməsinin sədri olduğu müddətdə üzərinə düşən vəzifə və tapşırıqlar layiqincə yerinə yetirmişdir.
Öz hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında,hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın,onun müavinlərinin, Çəmşid Naxçıvanski adına hərbi lisey rəisinin, Sərhəd Qoşunların akademiya rəisinin və hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı, yubiley və müvafiq idman dərəcəsi döş nisanları ilə təltif olunub, bir cox fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Döyüş (komandir) hazırlığındakı "əla xidmətlərə görə" təlimlərdə,döyüş nöbəsində, döyüş xidmətində fərqləndiyinə, şücaət və fədakarlıq göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından aşağıdakı medallarla təltif olunub:
1."Qüsursuz xidmətə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medal ilə;
1"Azərbaycan Respublikasının Silahlı Qüvvələrin" 10 iliyi, 90- illiyi və 95-iliyi yubiley medalları ilə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN. XALƏDDİN MÜƏLLİM!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN,
ÜRƏYİN SEVİNSİN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN.
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev.
Hiç yorum yok:
Yorum Gönder