Təbrik:Mayor Hüseyn Əliyev

 
 
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Nümnəvi- Göstərici Hərbi Orkestrinin həyatında öz dəst-xəti olan,yüksək  peşəkarlığı,dərin zəkası, gözəl nitq qabiliyyəti, səmimiyyəti,sadəliyi,dəqiqliyi,təmkinliyi,vətənpərvərliyi, işgüzarlığı,yüksək intellektual səvviyəsi,təşkilatclıq bacarığı, iradi və mənəvi  keyfiyyətləri ilə seçilən,ömrünün ən məhsuldar dövrünün 20 ildən çox şərəfli xidmət yolunu Daxili Qoşunların Baş İdarəsinin Nümunəvi Göstərici     Hərbi  Orkestrində keçirən  - ehtiyatda olan mayor  Əliyev Hüseyn  Ağasəf oğlunun fevral ayının  1 -də dünyaya göz açdığı gündür.

Daimi həyatın imtahanlarından alınıaçıq  üzüağ çıxan, mayor Hüseyn Əliyevi  belə bir əlamətdar gün   münasibətilə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının  ehtiyatda və istefada olan zabitləri, kollektivi, onun doğmaları,yaxınları və iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ucun ən şirin nemət olan möhkəm cansağlığı və həyat yolarinda bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər,Hüseyn qoy yaşının üstə gələn bu yaş da sizə sevinc dolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin! 

Əliyev  Hüseyn Ağasəf oğlu 1 fevral 1981-ci ildə Bakı şəhərində zəhmətkeş bir ailədə anadan olub. 
1999-cu ildə Bülbül adına orta ixtisas musiqi məktəbini, 2006-cı ildə  Bakı  Musiqi Akademiyasını bitirib.
1999- 2000-ci illərdə  Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hacıqabul və Nərimanov rayonlarında yerləşən hərbi hissədə və  Nümunəvi  Göstərici hərbi orkestr xidmətində müddətli həqiqi hərbi xidmətdə olub. 
2001-  2021-ci illərdə   Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinin Nümnəvi Göstərici Hərbi Orkestrində hərbi dirijor və  hərbi orkestrin rəisi vəzifələrində  Vətənə və xalqa sədaqətlə xidmət edib. 

Hüseyn  Əliyev öz tabeçiliyində olanlara Azərbaycan    Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andin, hərbi nizamnamələrin, nümnəvi göstərici hərbi orkestr xidməti haqqında direktivlərin, təlimatların,əsasnamələrin əmr və sərancamların  dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümünə olmuşdur.
Mayor  Hüseyin Əliyev Daxili Qoşunlarda  xidmət etdiyi illər ərzində onun rəhbər olduğu hərbi Orkestrin kollektivi Daxili İşlər Nazirliyində, Daxili Qoşunların Bas İdarəsinində, DİN- in  Polis 
Akademiyasında, Daxili Qoşunların Baş İdarəsinin şəhər və rayonlarında yerləşən hərbi hissələrində (əlahiddə bölməlrində) və  ali hərbi məktəbində kecirlən tədbirlərdə fəal iştirak etməsi, müxtəlif idarələrdə ,mədəniyyət ocaqlarında, təşkilatlarda, ölkə televiziya və radio  kanalarında ugurlu çıxış etməsi üçün ona həvalə edilmiş vəzifələrin  və tapşırıqlarının  yerinə yetirilməsinə məsuliyət və şərəf hissi ilə  yanaşmışdır.
  Daxili Qoşunların Baş İdarəsinin Nümunəvi- Göstətici Hərbi Orkestrinin yarandığı gündən  orkestirin normal fəaliyyəti ücün lazımı şəraitin yaradılması,müasir tələblərə əsasən lazımı  avadanlıqlarla,musiqi alətləri, səsgücləndirici aparatlarla təmin edilməsi ücün bir çox tədbirlərin görülməsində    mayor  Hüseyn Əliyevin xüsusi xidmətləri    olmuşdur. 
Mayor Əliyev  Hüseyn Ağasəf oğlu Daxili Qoşunların Baş İdarəsinin Nümnəvi-  Göstərici Hərbi Orkestr xidmətində xidmət etdiyi illər ərzində xidməti vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığna və xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə  Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın, onun müavinlərinin,Nümnəvi- Göstərici Hərbi Orkestr xidmət rəisinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlaçı  və yubley  döş nisanları ilə təltif olunub, bir çox fərmanlarla (pul mükafatları ilə), qiymətli hədiyyələrlə mükafatlandırlıb,ona təşəkkür elan edilib.

Səmərəli fəaliyyətinə və hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər  xidmətlərə görə Hüseyn  Ağasəf oğlu Əliyev Azərbaycan Respublikasının prezidenti adından 
Daxili İşlər Nazirnin müvafq əmrləri ilə  aşağıdakı medalarla təltif olunub:

1.“Hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medal ilə;

2.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin  90 illiyi (1918-2008)” yubiley medalı  ilə;

3.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalı il

4.”Qüsursuz  xidmətə görə” 1-ci dərəcəli medal ılə -Silahlı Qüvvələrdə  20 təqvim ili xidmətə görə;

5.”Qüsursuz xidmətə görə” 2 -ci dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;

6.”Qüsursuz xidmətə görə” 3-cü dərəcəli  medal ilə-Silahlı Qüvvələrdə  10 təqvim ili xidmətə görə.
 
Öz xidməti vəzifələrini və hərbi  orkestr xidməti qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə Azərbaycan Respublikasının Prezıdentının  11 mart  2020-ci il tarixli 1917 saylı Sərəncamı ilə   Əliyev Hüseyn Ağasəf oğlu oğlu "Hərbi Xidmətlərə görə" medalı ilə təltif  olunub. 
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN  HÜSEYN!
 ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN. 
DAİMA XOŞBƏXT VƏ FİRAVAN YAŞA. ÖMRÜN UZUN OLSUN 100 YAŞA. 
 Azərbaycan Respubolkasının  Silahlı Qüvvələr və Müharibə  Veteranı polkovnik Salman Musayev 


Hiç yorum yok:

Yorum Gönder

Pages