Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin döyüş hazırlığı idarəsinin və katibliyinin mətbəə xidmətinin rəisi vəzifəsində xidmət etmiş –istefada olan mayor Dədəbəy Xamıyevin yanvar ayının 3-də doğum günüdür.
Belə bir əlamətdar gün münasibətilə Dədəbəy Xamıyevi Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, kollektivi, onun doğmaları, əzizləri və iş yoldaşları səmimi qəlbdən təbrik edir, ona həyatda insan ucun ən şirin nemət olan möhkəm cansağlığı,ailə səadəti və həyat yollarinda bitib - tükənməyən nailiyyətlər arzu edib, deyirlər Dədəbəy qoy yaşının üstə gələn bu yeni yaşda sizə sevincdolu günlər bəxş etsin,hər yeni günüz isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Mayor Xamiyev Dədəbəy Hüseyn oğlu 4 yanvar 1961 ci ildə Yardımlı rayonun Ünəş qəsəbəsində anadan olub.
O,Yardımlı şəhərində 1 nömrəli orta məktəbi, Kemerovo vilayətində Sənayə (Memarlıq) və İnşaat İnstitutunu və SSRİ Daxili İşlər Nazirliyinin orta ixtisas polis məktəbini bitirib.
1980-1982-ci illərdə Sovet ordusunun Kemerovo vilayətində yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olub.
1984-1992-ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Kemerovo vilayətində yerləşən rayon polis şöbəsində sahə rəisi və əməliyyatçı vəzifələrində işləyib.
1994-cü ilin yanvar ayından-1999 cü ilin dekabr ayına kimi Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin (DQBİ-nin) döyüş hazırlığı idarəsində mətbəə xidmətinin rəisi vəzifəsində, 2000-2003 cü illərdə isə DQBİ-nin katibliyində mətbəə xidmətinin rəsi vəzifələrində Vətənə dövlətə və xalqa sədaqətlə xidmət edib. O, 2003 -cü ildə xəstliyi ilə əlaqədar Silahll Quvvələrə ehtiyata burax ılıb.
Xamiyev Dədəbəy Hüseyn oğlu 2007-ci ildən etibarən Suraxanı rayonunun 317 nömrəli tam orta məktəbində hərbi rəhbər vəzifəsində işləyir.
O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, saxavətli, insapərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsədə xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Müstəqil Azərbayca nın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andın, hərbi nizamələrin və digər hüquqi-normativ aktların tələblərinə, eləcə də vəzifə borclarının icrasına məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir çox hərbi qulluqçuları fədakar hərbi xidmətə
ruhlandırmışdır.
D.Xamıyev DİN-in Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kımı göstərmişdir.O işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.
Qanunvericiliklə müəyyən edilmiş qaydada Daxil İşlər Nazirliyi Daxili Qoşunlarına həvalə edilmiş vəzifə və tapşırıqların yerinə yetirilməsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilməsi yerlərində ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə və yaşayış məntəqələrində kütləvi iğtişaşların iğtişaşların qarşısının alınmasında, qəzalar , bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa fövqəladə vəziyyət və komendant saatı zamanı hüquqi rejimi tədbirlərin həyata keçirilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Hərbi və Polis xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Kamandanın, İdarə və şöbə rəislərinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlan dırlıb və ona təşəkkür elan edilib və aşağdakı medellarla təltif olunub:
1."Qüsrusuz xidmətə görə" 2-ci və 3-cü dərəcəli medal ilə ;
2."Arbaycan Respublikasının Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı ilə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN DƏDƏBƏY!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder