İnsan üçün ən yadda qalan günlərdən başlıcası onun həyata gəldiyi gündür. Ömürə bəzək olan ad günü hər il xüsusi ilə qeyd olunur. Belə insanlardan biri də yüksək peşəkarlığı, humanistliyi,işgüzarlığı,iradı, mənəvi keyfiyyəti, dəqiqliyi, təmkinliyi, ,sadəliyi, səmimiyyəti,vətənpərvərliyi və səmərəli fəaliyyəti ilə seçilən, Vəliyev Fazil Qələndər oğlunun yanvar ayının 15 -də dünyaya göz acdığı gündür.
Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri, kollektivi, doğmaları,əzizləri və iş yoldaşları- istefada olan kapitan Vəliyev Fazil Qələndər oğlunu doğum günü munasbətilə səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yollarında bitib- tükənməyən nailiyyətlər arzu
edib deyirlər, Fazil qoy yaşının üstə gələn bu yaş da sizə sevinc dolu günlər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Vəliyev Fazil Qələndər oğlu 15 yanvar 1964- cü ildə Azərbaycan Respublikasının Qazax rayonunun Kəmərli kənd kəndində zəhmətkeş bir ailədə anadan olub.
1980- ci Qazax rayonunun Kəmərli kənd orta məktəbin 9- cu sinifini, 1983-cü ildə Bədən Tərbiyəsi və İdman Texnikumunu, 1999-cu ildə Müdafiə Nazirliyinin Qaraheybətdə yerləşən zabit heyətinin təhkimləşdirmə kursunu bitirib.Hərbi təcrübə mübadiləsi əldə etmək üçün Türkiyəyə Jandarma Qüvvələrində işgüzar səfərədə olub. O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və DİN-in İdman cəmiyyətində keçirilən bir çox metodiki -təlim toplanışlarda,hərbi və xüsusi taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.
1983-1985-ci illərdə Sovet ordusunda müddətli həqiqi hərbi xidmətdə baş çavuş rütbəsində olub.
1985-1993-cü illərdə Politexnik Texnikomunda müəllim, 1993- 2002 -ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Hacıqabul, Binəqədi rayonlarında və Gəncə şəhərində yerləşən hərbi hissələrində əlbəyaxa döyüş üzrə təlimatçı, komendant və kəşfiyyat bölüklərin komandiri vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət Hal- hazırda Sokar təlim -tədris sertifikatlaşma idarəsində müəllim vəzifəsində çalışır.
Vəliyev Fazil Qələndər oğlu yunan- roma güləşi üzrə məşğul olub, dəfələrlə Daxili İşlər Nazirliyinin və Daxili Qosunlar Baş İdarəsinin təşkil etdiyi yarışların qalibi və mükafatçısı idi. Hərbi hissələrdə xidmət etdiyi illər ərzində DİN -in və Daxili Qoşunların Bas İdarəsinin yığma komandalarının tərkibində olub.
Daxili İşlər Orqanları və Daxili Qoşunların Bas İdarəsinin hərbi hissələri və əlahiddə bölmələri arasında keçirilən yarışların qalibi olub .
Fazil Vəliyev Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andin, hərbi və daxili qoşunların döyüş xidməti nizamələrin və digər hüquqi- normativ aktların tələblərinə, eləc də vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir çox hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.
Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxili Qoşunlara həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində,şəhərdə,yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtşaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə də, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, qəzalar, yanğınlar, bədbəxt hadisələr, təbii fəlakətlər və başqa fövqəladə hallar, habelə fövqəladə vəziyyət və komendant saatı zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsindı, dövlətin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə və hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Daxil Qoşunların İdman komitə sədrinin,zabit heyətinin təhkimləşdirmə kurs rəisinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə bir sıra medallarla, əlacı, yubiley və idman dərəcəsi döş nişanları, pul mükafatları ilə, fəxri fərmanlarla, diplomlarla, və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, FAZİL !
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder