Təbrik:Kapitan Elcin Məmmədov-49



 Peşəkarlığı, humanistliyi, dəqiqliyi, təmkinliyi, sadəliyi,səmimiyyəti, səmərəli fəaliyyəti, işgüzarlığı,iradı və mənəvi keyfiyyəti ilə seçilən, ehtiyatda olan kapitan Məmmədov   Elçin Hüseyinağa  oğlunun  yanvar ayının 18 -də  dünyaya göz acdığı gündür.


Daimi həyatın imtahanlarından alnıacıq və üzüağ çıxan- ehtiyatda olan kapitan  Məmmədov Elçin  Hüseyinağa oğlunu doğum günü münasibətilə Daxil İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri,doğmaları,əzizləri və iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ucun ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Elçin qoy  yaşının üstə gələn bu yaş da, sizə sevinc dolu illər bəxş etsin, hər yeni günün isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.


Məmmədov Elçin Hüseyinağa oğlu 1976- ci ilın yanvar  18-də  Lənkaran  rayonun  Gərmətük qəsəbəsində zəhmətkeş  bir ailədə   anadan olub.

1993- cü ildə  Lənkaran rayonun Həzi Aslanov  adına Gərmətük qəsəbə tam orta məktəbi, 1997-ci ildə Azərbaycan Sənaye İnstitutunu,1999-cu ildə Daxili İşlər Nazirliyi  Daxili Qoşunların Baş İdarəsinin  döyüş hazırlığı idarəsinin Xəzər rayonunda  yerləşən təlim -tədris mərkəzində  zabitlərin  ixtisas artırma kursunu bitrib. 

Elçin Məmmədov   Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində kecirlən bir çox- təlim- metodiki toplanışlarda,müvafiq kurslarda,hərbi  xüsusi- taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.Hərbi təçürbə mübadiləsi əldə etmək ücün Türliyə Jandrma Qüvvələrində işgüzar səfərdə olub.

1997-1998-ci illərdə  Milli Təhlükəsizlik  Nazirliyin  Sərhəd Qoşunlarında  müddətli həqiqi hərbi xidmətdə olub. 


1999- 2007- ci illərdə  Daxil İşlər Nazirliyi Daxili Qoşunların  Sumqayıt şəhərində və Nərimanov  rayonunda yerləşən hərbi hissələrində xüsusi təynatlı  bölmələrdə qrup komandiri, patrul  taqım komandiri, böluk komandirinin müavini, bölük komandiri,tabor komandirinin müavini-tabor qərargahının rəis      əvəzi vəzifələrində Vətənə və xalqa sədaqətlə  xidmət edib.


Elçin  Hüseyinağa    oğlu  Məmmədov 2008- 2023- cü illərdə  Qafqaz İnkişaf bankının  Sumqayıt  problemli şöbəsində vəzifəsində  hüquqşnas və icracı vəzifəsində calışıb. Hal- hazırda  Evro İnşaat şurkətində  nəzarət şöbə  rəisinin müavini vəzifəsində  işləyir.


Hərbi yoldaşları onu  vətənpərvər, qoruxmaz, saxavətli,  insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə,  istərsə də  dost- tanış , qohum-əqraba  arasında özünə böyük hörmət qazanıb.

Qanunverciliklə müəyyən olunmuş qaydada Daxili Qoşunlara həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində,şəhərdə,yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə,axtarışda olan şəxslərin tutulmasında,yaşayış məntəqələrində və islah-əmək müəsisələrində kütləvi iğtişaşların qarşısının alınmasında,dövlət əhmiyətli mühüm obyektlərin,inzibatı binaların və hərbi təchizat anbarlarının mühafizə olunmasında,qəzalar,bədbəxt hadisələr,yanğınlar, təbii fəlakətlər və başqa  fövqalədə vəziyyət və komendant saatı zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində, eləcə də   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.

 

Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın,  hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin,əmr və sərancamların yerinə yetirilməsi işində tabeliyində olanlar ücün daimi nümünə olmuşdur.

 

Xidməti vəzifə borclarının yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına  və xidmətdə  fəriqləndiyinə  görə  Azərbaycan Respublikasının Daxili  İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin,  müvafiq əmrləri ilə bir sıra medallarla, əla xidmətlərə görə  əlacı  və yubiley döş nişanları ilə təltif olunub,bir çox   fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırıb və ona təşəkkür elan edilib.


DOĞUM GÜNÜN MÜBARƏK OLSUN ELÇİN!


ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN,BƏDBİNLİKDƏN QORUSUN!

 

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

 

Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və   Müharibə  Veteranıpolkovnik Salman Musayev


Hiç yorum yok:

Yorum Gönder

Pages