Bu gün silahdaşlarımızdan birinin — Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Qubadlı rayon şöbəsinin sədri Eminov Təyyar Vahid oğlunun doğum günüdür. Yanvar ayının 14-də onun 61 yaşı tamam olur.
Eminov Təyyar Vahid oğlu 14 yanvar 1964-cü ildə Qubadlı rayonunun Mahmudlu kəndində zəhmətkeş ailədə anadan olub. O, 1981- ci ildə Qubadlı rayonunun Qara İlyasov adına orta məktəbi, 1993-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitrib. 1982-1984-cü illərdə Sovet Ordusunun Ukrayna Respublikasında yerləşən hərbi hissələrində müddətli həqiqi hərbi xidmətdə olub. Könüllü olaraq 1991-ci ildə Milli Orduya yazlmış və Vətənimizin müdafiəsi uğrunda gedən döyüşlərə qatılmışdır. 1991-1993-cü illərdə Azərbaycan Ordusunun döyüş bölgələrində yerləşən hərbi hissələrində taqım komandirinin müavini və komendant vəzifələrində xidmət etmişdir. O, Azərbaycanin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ağır yaralanmışdır.
Təyyar Vahid oğlu Eminov 1990-1991-ci illərdə Qubadlı rayonun təmir-tikinti idarəsində mühəndis vəzifəsində işləyib. 1994-cü ildən etibarən Təyyar Vahid oğlu Eminov Qubadlı rayon İcra Hakimiyyətində müvafiq vəzifələrdə calışmışdır. Təyyar Eminov 2004-cü ildən etibarən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Qubadlı rayon şöbəsinin sədri vəzifəsindədir və Qubadlı rayon İcra Hakimiyyətində, həmçinin Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyində işlədiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etmək, eləcədə ona həvalə edilmiş vəzifə və tapşırıqların yerinə yetirilməsində böyük məsuliyyət və şərəf nümayiş etdirmişdir.
Eminov Təyyar Vahid oğlu Azərbaycan Ordusunuda xidmət etdiyi, Qubadlı rayonun İcra Hakimiyyətində və AVMVİB-in Qubadlı rayon şöbəsində sədir işlədiyi müddət ərzində fəaliyyətində xüsusi fəriqləndiyinə görə Azərbaycan Respublikası Müdafiə Nazirinin, Azərbaycan Ordusunun Baş Qərargah rəisinin, Qubadlı Rayon İcra Hakimiyyətinin Başçısının, Korpus və Hərbi hissə komandirlərinin əmrləri ilə, o cümlədən AVMVİB-in İdarə Heyətinin qərarı ilə bir sıra medalları və müvafiq döş nişanları təltif edilmiş, bir çox Fəxri Fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırılaraq ona təşəkkür elan edilmişdir.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi Eminov Təyyar Vahid oğlunu ad günü münasibəti ilə təbrik edir, ona uzun ömür, cansağlığı arzulayır.
Bakmiltv.info
Hiç yorum yok:
Yorum Gönder