Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarının həyatında tibb xidməti sahəsində öz dəsti-xətti olan, yüksək peşəkarlığı, humanistliyi, sadəliyi dəqiqliyi, təmkinliyi, səmimiyyəti, mənəvi keyfiyyətləri seçilən ömrünün ən məhsuldar dövrünün 38 ildən çox şərəfli xidmət yolunu hərbi xidmətdə və DİO -da keçirmiş Azərbaycan Respublikasının Silahlı Qüvvələr və müharibə veteranı istefada olan tibb xidməti polkovnik- leytenatı Namiq Əbdulfəttah oğlu Yüzbəyovun yanvar ayinın 14 -də 72 yaşı tamam olur.
Daimi həyatın imtahanlarından alnıaçıq, üzüağ çıxan tibb xidməti polkovnik- leytenantı Namiq Yüzbəyovu belə bir əlamətdar gün münasibət ilə Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, kollektivi , doğmaları, əzizləri, iş və döyüşçü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, ailə səadəti və həyat yollarinda bitib – tükənməyən nailiyyətlər arzu Arzu edib, deyirlər Namiq həkimin yaşının üstə gələn bu yaşda sizə sevinc dolu günlər bəxş etsin, hər yeni ilin isə ötən illərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin
Həmişə müqəddəs peşəsinə layıq, yüksək iş qabiliyyətləri ilə fəriqlənən cəfakeş həkimlrəimizdən biri olan Azərbaycan Respublikasının Silahlı Qüvvələri və müharibə veteranı,ali dərəcəli hakim- istefada olan tibb xidməti polkovnik- leytenantı Yüzbəyov Namiq Əbdülfəttah oğlu 14 yanvar 1953-cü ildə Qusar rayonunda zəhmətkeş bir ailədə dünyaya göz açıb.
O,1970-ci ildə Baki şəhərində orta məktəbi, 1975-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə- profilaktika fakültəsini, DİN-in islah -əmək müəssələrin də və Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində isə həkimlərin təkmilləşmə İnstitutunu müvəffəqiyyətlə bitrib. Namiq həkim DİN-in Daxili Qoşunların Baş İdarəsində keçirilən bir çox təlim -metodiki toplanışlar rda, seminar və konfranslarda fəal iştirak edib .
O, ali təhsilini başa vurduqdan sonra təynatla Baykal -Amur magistralında həkim kimi çalışıb. 1979-cu ildə doğma Vətənə qayıdıb. SSRİ -nin Zaqafqaziya hərbi dairəsinin Bakıdakı hospitalında həkim-ordinator vəzifəsində xidmətə başlayıb.
1989- 1993 -cü illərdə baş-- leytenat rütbəsində DİN-in islah əmək (cəzaçəkmə ) müəssəsinin mərkəzi xəstəxanasında cərrah- ordinator kimi xidmətini davam etdirib.
Namiq həkim 1993-2013-cü illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Nərimanov və Qaradağ rayonlarında yerləşən hərbi hissəsində (hərbi hospitalında) 2-ci cərrahiyyə şöbəsinin ilk rəisi, hərbi hissə komandirinin (hospial rəisinin) müalicə işlər üzrə müavini, DİN-in Daxili Qoşunların Baş İdarəsinin tibb xidmət rəisinin müavini (baş zabit) vəzifələrində Vətənə dövlətə və xalqa sədaqətlə xidmət edib.
1993-cü ilin may ayından başlayaraq, atəşkəs dövrünə qədər vaxtaşarı ön cəbhəyə ezamiyyətə gedən Namiq həkim hərbi səhra lazaretində müalicə olunan yaralıları ölümün pəncəsindən xilas edib. Döyüşlərin ağır məqamlarında düşmən güləsinin və mərmisinin təsirindən yaralanmış yüzlərlə döyüşcülərin həyata qaytarılmasında onun misilsiz əməyi danılmazdır.
Peşəkarlığı ilə seçilən ali dərəcəli Namiq həkimin travmatologiya sahəsində (əldə etdiyi) topladığı zəngin təcürbəni və biliyini bir çox hərbi həkimlərdən əsirgəməyib, onların peşəkar yetişməsinə həsr edib. Namiq həkim xüsusən ezamiyyətdən qayıtdıqdan sonrada, hərbi hospitalda fəaliyyətini davam etdirərkən, cəbhə xəttində əl-ayağını itirmiş xəstələrin vəziyyətinin ağırlaşması ilə əlaqədar onların yenidən ampulatasiya (kəsilmə) əməliyyatını uğurla yerinə yetirərək, ölum hadisəsinin qarşısını öz səmimi davranışı ilə ala bilmişdir.
Öz davranışı, insan qayğısı ilə xəstələrin yaralarına məlhəm qoyan Namiq həkim onu tanıyanların nəzərində insanlığın fövtünə yüksəlibdir.
Dövlətmiz, xalqmız qarşısındakı xidmət ləri DİN- in tibb idarəsinin komissiyası tərəfindən yüksək qiymətləndirilərək,ona ali dərəcəli travmatoloq adı verilmişdir.
Müstəqil dövlətmizin etimatını şərəflə doğruldan polkovnik- leytenant Yüzbəyov Namiq Əbdülfəttah oğlunun xalqmız qarşısındakı müqəddəs əməlləri və xeyirxah işləri yetişməkdə olan gənc nəsilmiz üçün yenilməz nümunədir.
Namiq həkim Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyas ına və qanunlarına əməl etməkdə, hərbi nizamnamələrin və Hərbi Adın tələblərinin yerinə yetirilməsində üzərinə düşən vəzifə və tapşırıqların yerinə yetirilməsində tabeçiliyində olanlar üçün şəxsi nümunə olmuş, Hippokrat andına isə həmişə sadiq qalmışdır.
İstefada olan tibb xidməti polkovnik- leytenantı Yüzbəyov Namiq Abdülfəttah oğlu DİN-in Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, əliaçıq, insanpərvər zabit (təcrübəli cərrah həkim ) kimi göstərmişdir. O, istər yaşadığı və anadan olduğu ərazidə, istərsə də təhsil aldıgı təhsil müəssisələrində, qohum -əqrəba, dost-tanış arasında, işlədiyi və xidmət etdiyi kollektiv arasın da özünə layiq böyuk hörmət qazanmışdır.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş, ictimai siyasi və ixtisas hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin, Tibb idarə və hospital rəislərinin müvafiq əmrləri ilə “Əla xidmətlərə görə” əlacı və yubiley döş nisanları ilə, bir çox fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Tibb xidməti polkovnik- leytenantı Yüzbaşıyev Natiq Əbdülfəttah oğlu Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, yaşayış məntəqələrində və cəza çəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, qəzalar, bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa fövqalədə hallar, habelə fövqalədə vəziyyət və komendant saatı zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Öz vəzifələrini və hərbi hospital qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə və hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə aşağıdakı medallarla təltif olunub.
1.Azərbaycan Respublikasının Silahlı Qüvvələri Veteranı medalı ilə,
2.Qüsursuz xidmətə görə 1-ci, 2-ci və 3-cü dərəcəli medallarlar ilə,
3.Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 10-iliyi,90-iliyi və 95-iliyi yubiley medalları ilə.
Azərbaycan Respublikası Prezidentinin 11 mart 2008-ci il tarixli 2727 saylı sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şücaət və igidlik göstərdiyinə, öz xidməti vəzifələrini və hərbi hospital qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə Hərbi xidmətlərə görə medalı ilə təltif edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, NAMİQ. HƏKİM!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
DAİMA XOŞBEXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Vereranı polkovnik Salman Musayev
.
Hiç yorum yok:
Yorum Gönder