Təbrik: Tibb xidməti mayoru Vəli Mehdiyev- 67



Daxili İşlər Nazirliyi  (DİN-in ) Daxili Qoşunların Baş İdarəsinin Sanitar Epidolomoju Dəstəsində (SED-də)   tibb xidməti sahəsi üzrə  öz dəsti - xətti  və xüsusi xidmətləri olan, yüksək  peşəkarlığı,  humanistliyi, sadəliyi dəqiqliyi,  təmkinliyi,    səmimiyyəti, səmərəli fəaliyyəti, iradı və mənəvi  keyfiyyətləri seçilən, prinsipialığı, işgüzarlığı,qayğıkeşliyi ilə hər zaman tanınan,sevdiyi ixtisası öyrənmək ücün enişli- yoxuşlu  cətin və şərəfli həyat yolları kecən,yorulmaz fəaliyyəti ilə hər zaman xalq və hərbi qulluqcular ücün sədaqətlə xidmət edən, Azərbaycan Respublikasının  müharibə veteranı-istefada  olan tibb xidməti  mayoru Mehtiyev    Vəli Həsənqulu oğlunun yanvar ayinın 25 -də   dünyaya  göz acdığı  gündür.

      

 Daimi həyatın bütün imtahanların dan   alınıaçıq,  üzüağ çıxan- istefada olan tibb xidməti mayoru Vəli Mehtiyevi belə bir əlamətdar gün münasibətilə,  DİN-in Daxili Qoşunlarının ehtiyatda və istefada olan  zabitləri (tibb işciləri) , doğmaları ,yaxınları, əzizləri, iş və döyüşcü yoldaşlarl  səmimi qəlbdən  təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti  və həyat yollarinda bitib – tükənməyən nailiyyətlər arzu edib deyirlər, Vəli həkim  qoy  yaşının üstə gələn bu yaş da   sizə  sevinc   dolu günlər bəxş etsin, hər yeni ilin isə ötən illərdən daha gözəl istəklərinə uyğun sizi  xoşbəxt edəcək şəkildə keçsin.


Tibb xidməti mayoru Mehdiyev Vəli  Həsənqulu oğlu 25 yanvar  1958 -cı ildə Qubadlı rayonun  Diləli Müşkənli kəndində zəhmətkeş bir ailədə anadan olub. 


1975-ci ildə Qubatlı rayonun Hal kənd orta məktəbi,1983-cü ildə  Azərbaycan  Dövlət Tibb İnstitutunu bitrib.Vəli  həkim Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət ediyi illər ərzində dəfələrlə  Əziz Əliyev adına  Azərbaycan Dövlət  Həkimləri Təhkimləşdirmə İnstitutunda müvafiq ixtisas artırma  kurslarında olmuş, seminar və konfranslarda isə  fəal iştirak etmişdir.



1983-1992-ci illərdə S.İmaməliyeva adına  Respubilka  Taun Əleyhinə Stansiya Xidmətində (indiki Xüsusi Təhlükəli  İnfeksiyalara Nəzarət  Mərkəzində )  həkim vəzifəsində işləyib.

 1993-2013-cü illərdə  Daxili İşlər Nazirliyi Daxili Qoşunların  Baş İdarəsinin Sanitar Epidemioloji  Dəstəsində Labarotoriya bölməsinin rəisi vəzfələrində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.

 Dövlətimiz, xalqmız qarşısındakı xidmət ləri  DİN- in Tibb   İdarəsinin komissiyası tərəfindən yüksək qiymətləndirilərək, Vəli həkimə  ali  dərəcəli həkim adı verilmişdir.

 Müstəqil dövlətmizin etimatını şərəflə doğruldan mayor Mehdiyev Vəli Həsənqulu   oğlunun xalqmız qarşısındakı müqəddəs əməlləri və xeyirxah işləri yetişməkdə  olan gənc nəsilmiz üçün yenilməz nümunədir

Vəli həkim    Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində Azərbaycan Respubli kasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi  Andın , hərbi və daxili qoşunların  döyüş xidməti  nizamnamələrin tələblərinin yerinə yetirilməsində üzərinə düşən vəzifə və tapşırıqların  yerinə yetirilməsində   öz tabeçiliyində olanlara və  bir çox hərbi qulluqçulara  şəxsi  nümunə olmuş, Hippokrat andına  isə həmişə sadiq qalmışdır.

 Tibb xidməti        mayoru  Vəli Mehdiyev  . DİN-in Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində  özünü qorxmaz, səxavətli, əliaçıq,  insanpərvər zabit ( təcürbəli həkim ) kimi göstərmişdir. O, istər yaşadığı  və anadan olduğu ərazidə, istərsədə təhsil aldıgı təhsil müəssisələrində, qohum -əqrəba, dost-tanış arasında, işlədiyi və xidmət etdiyi kollektiv arasın da özünə layiq böyuk hörmət qazanmışdır.

Öz  xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək  göstəricilərə nail olduğuna və hərbi xidmət kecdiyi dövrdə göstərdiyi digər      xidmətlərinə  görə  Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin müvafiq əmrləri ilə   əla xidmətlərə görə əlacl  və yubiley döş  nisanları ilə, bir çox   fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb, ona təşəkkür elan edilib və aşağıdakı medallarla  təltif olunub:

 1.”Qüsursuz xidmətə  görə 1 -ci dərəcəli  medala- Silahlı Qüvvələrdə 20 təqvim  ili xidmətə görə;

2.”Qüsursuz xidmətə görə”  2-ci dərəcəli medala- Silahlı Qüvvələrdə  15 təqvim ili xidmətə görə;

 3.”Qüsursuz xidmətə görə”  3-cü dərəcəli medala- Silahlı Qüvvələrdə 10 təvim  ili xidmətə.görə;

4. “ Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 10 illiyi  (1991-2001)”  yubiley medalı ilə;

5.” Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)”  yubiley medalı ilə;

6.” Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin  95 illiyi (1918 -2013)”  yubiley medalı ilə.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN VƏLİ HƏKİM!


ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!


BÜTÜN ARZULARIN ÇİN OLSUN!


DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!


HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

 

Azərbaycan  Respublikasının  Silahlı Qüvvələri və Müharibə Veteranı  polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages