Tarix boyu həkimlik sənətinə ülvi bir peşə, həkimə isə müqəddəs bir şəxs kimi yanaşılmışdır. Sənətini mükəmməl bilən, insanların sağlamlığının keşiyində ləyaqətlə duran, onların qayğısına qalan həkimlərin xətri el-obada həmişə əziz tutulmuşdur. Hətta el arasında müdrik və mütərəqqi adamları loğmanla müqayisə edirdilər.
Həkim adını daşımaq nə qədər məsuliyyətli olsa da, bir o qədər də şərəflidir. Xalqın səhhətini qorumaq, hər kəsin öz sağlamlığını və həyatını etibar edəcəkləri qədər inamını qazanmaq hər insana nəsib olmur. Möcüzəli əlləri ilə insanlara şəfa bəxş edərək, xarakteri ilə səhhətlərində yaranmış problemlərini unutduraraq onların ehtiramını qazanmaq həkimlərin peşə vəzifələrinin ən ümdə məqamlarından biridir. Lətifə həkim də öz davranışı, dürüstlüyü, insanpərvərliyi, qayğıkeşliyi və insanlara sağlamlıq, eləcə də gözəl təbəssüm bəxş etmək məharəti ilə onların etibarını və rəğbətini qazanmış həkimlərdəndir. Təsadüfi deyil ki, pasientləri tibb xidməti mayoru Lətifə İbrahimova barəsində danışanda deyirlər ki, “gözəl insandır və “əlləri qızıldır”.
Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunların Baş İdarəsinin hərbi hospitalının terapiya şöbəsində ordinator, Daxili Qoşunların Baş İdarəsinin tibb şöbəsində isə zabit vəzifəsində Dövlətə və xalqa sədaqətlə xidmət etmiş, öz yüksək peşəkarlığı, humanistliyi, qayğıkeşliyi, xeyirxahlığı, sadəliyi, səmimiyyəti, dəqəqliyi, təmkinliyi, iradi, mənəvi keyfiyyətləri, insanpərvərliyi ilə seçilən və yüksək iş qabiliyyəti ilə fərqlənən tibb xidməti mayoru Lətifə İbrahimovanın yan ayının 9-da dünyaya göz açdığı gündür.
Daimi həyatın imtahanlarından alınıaçıq və üzü ağ çıxan, bu gün şərəfli həkim ömür yolu keçən, insanların sağlamlığını ləyaqətlə qoruyan və savadlı mütəxəssis insan və qayğıkeş həkim kimi kicikdən- böyüyə onu tanyanların hər birinin rəğabətini qazanmış Lətifə həkimi doğüm günü münasibətilə Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri (tibb işçiləri), kollektivi , onun doğmaları, əzizləri, yaxınları və iş yoldaşları səmi qəlbdən təbrik edir, səbəbkara uzun ömür, cansağlığı, firavan həyat, ailə səadəti və hərtərəfli uğurlar arzu edib deyirlər, Lətifə həkim qoy yaşnızın üstə gələn bu yaşda da sizə sevincdolu günlər bəxş etsin, hər yeni günüz isə sizi istəklərinə qovuşdururaraq dahada xoşbəxt etsin.
Qeyd edək ki, peşəkar ali dərəcəli həkimi, tibb xidməti mayoru İbrahimova Lətifə Möhtəşəm qızı 9 yanvar 1971 -ci ildə Göronboy rayonun Faxralı kəndində zəhmətkeş bir ailədə anadan olub.
1988 -cu ildə Göronboy rayonun Faxralı kənd orta məktəbi,1996-ci ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirib.
2000-2023 cu illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların hərbi hospitalın terapiya şöbəsində ordinator, Daxil İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinin tibb şöbəsində isə zabit vəzifəsində Millətə, dövlətə vətənə və xalqa sədaqətlə xidmət edib.
Lətifə həkim Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsindən Silahlı Qüvvələrə ehtiyata buraxıldıqdan sonra öz ixtisası üzrə Buta klinikasında calışır.
Səmərəli fəaliyyəti ilə seçilən, Lətifə həkim Azəbaycan Respubilkası Konstitusiyasına və qanunlarına, Hərbi Andın, hərbi nizamnamələrin tələblərinə və vəzifə borcuna əməl etməkdə bir çox hərbi qulluqçulara (həkimlərə) şəxsi nümünə olmuş,”Hippokrat Andına” isə həmişə sadiq qalmışdır.
Lətifə həkim həm ölkəmizdə, həm də bir sıra xarici ölkələrdə mütamadi olaraq ixsasartırma kurslarında, konfranaslarda və seminarlarda fəal iştirak etmişdir.
Lətifə xanım Daxili Qoşunlarda xidmət etdiyi, dövlət və özəl tibb müəssisələrində işlədiyi illər ərzində tibbi xidmət sahəsi üzrə bir çox uğurları və nailiyyətləri olmuşdur.
Öz xidməti vəzifələrini və hərbi hospitalın, Daxili Qoşunların Baş İdarəsinin tibb şöbəsi qarşısında qoyulmuş tapşırıqların yerinə yetirərkən fəriqləndiyinə, şücaət, fədakarlıq və hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin (hərbi hospital rəisinin) müvafiq əmirləri ilə əlacı və yubiley döş nişanları ilə təltif olunub, bir çox fərmanlarla, diplomlarla (pul mükafatları ilə) və qiymətli hədiyyələrə mükafatlandır, ona təşəkkur elan edilib və aşağıdakı medallar ilə təltif olunub.
1.Qüsursuz xidmətiə görə 1-ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə,
2.Qüsrsuz xidmətə görə 2-ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə,
4.Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90 - illiyi yubiley medalı ilə,
5.Azərbaycan Respubilkasının Sillahlı Qüvvələrinin 95 illiyi yubiley medalı ilə.
Lətifə həkim,Ulu Tanrı bu şərəfli həyatınızda möhkəm cansağlığı və daimi könül xoşluğu bəxş etsin!
100 il sağlam və mənalı ömür yaşayın!
Ad Günün Mübarək!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev.
Hiç yorum yok:
Yorum Gönder