Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarının Sumqayıt şəhərində yerləşən hərbi hissənin həyatında tibb xidməti sahəsində öz dəsti-xətti və xüsusi xidmətləri olan, yüksək peşəkarlığı,dərin zəkası
humanistliyi, dəqiqliyi, təmkinliyi, sadəliyi, səmimiyyəti, mənəvi və işgüzar keyfiyyəti ilə, seçilən ali dərəcəli həkim, istefada olan tibb xidməti kapitanı Arifov Məhəmməd Kerman oğlunun yanvar ayının 11- də 55 yaşı tamam olur
Daimi həyatın bütün sınaqlarından alnıaçıq və üzüağ çıxan, ehtiyatda olan tibb xidməti kapitanı Arifov Məhəmməd Kaman oğlunu doğum günü münasibətilə, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları,əzizləri, iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib tükənməyən nailiyyətlər arzu edib deyirlər, Məhəmməd həkim qoy yaşınızın üstə gələn bu yaş da sizə sevinc dolu günlər bəxş etsin, hər yeni ilin isə ötən illərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Ali dərəcəli peşəkar həkim Arifov Məhəmməd Kerman oğlu 1970 -ci ilin yanvar 11- də Beylaqan rayonunun Baharabad kəndində zəhmətkeş ailədə dünyaya göz açıb.
Beylaqan rayonun Baharabad kənd orta məktəbini, Azərbaycan Dövlət Tibb Unveristetini bitirib. Məhəmməd həkim Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində bir neçə dəfə həkimlərin təkmilləşmə İnstitutunda ixtisasartırma kurslarında olub.Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində kecirlən bir çox təlim-metodiki toplınışlarında, hərbi xüsusi taktiki təlimlərdə, komanda- qərargah məşqlərində, müvafiq seminarlarda və konferanslarda fəal iştirak etmişdir.
Təcürbəli və zəhmətkeş Məhəmməd həkim 1977 - 1978 -ci illərdə Sovet ordusunda müddətli həqiqi hərbi xidmərdə olub.
1994- 2016 -cu il Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinin Sumqayıt yerləşən hərbi hissədə həkim stomatoloq və tibb xidmət rəisi vəzifələrində Vətənə dövlətə və xalqa sədaqətlə xidmət edib. Məhəmməd həkim hal - hazırda Sumqayıt şəhərində öz sahəsi üzrə həkim vəzifəsində işləyir.
Vətən qarşısında xidmətləri olan ali dərəcəli Məhəmməd həkim Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın və hərbi nizamnamələrin tələblərinin yerinə yetir ilməsində üzərinə düşən vəzifə və tapşırıqların yerinə yetirilməsində bır çox hərbi qulluqçulara və hərbi həkimlərə şəxsi nümunə olmuşdur. Hippokrat Andı içən Məhəmməd həkim həmişə həkim andına sad iq qalaraq, ona həvalə edilmiş vəzifə və tapşırı qların öhdəsindən lay iqincə gəlmişdir.
Məhmməd həkim qorxmaz, səxavətli, əliaçıq və zəhmətkeş həkimdir. O, harda işləməsindən asılı olmayaraq istər oxuduğu və təhsil aldığı təhsil müəssisələrində, istərsə yaşadığı ərazidə, qohum- əqraba arasında, istərsədə işlədiyi və xidmət etdiyi mühütdə, dost-tanış arasında özünə layiq hörmət qazanmışdır.
Məhəmməd həkim Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kimi göstərmişdir.
Tibb xidməti kapitanı Məhəmməd həkim çox dəyərli bir həkimdir . Bu gün ki, gün də həkim cəmiyyətin qabaqda gedən, sayılıb- seçilən zəhmətkeş, insanpərvər həkmlərdən biridir. O, bu səviyyəyə öz gücü, bacarı ğı, təcürbəsi, calışqanlığı, təşkilatçılıq bacarığı, şəxsi intizamı səviyyəsində ucalıb.
Məhəmməd həkim hər zaman qarşısına qoyduğu məqsəd və amal uğrunda yorulmadan mübarizə apararaq daim qələbə qazanmışdır. Bu həkim ücün ən meyar, başlıca amal qürurunu saxlamaqdan ibarət olub. O,harada işləməsinə ,xidmət etməsinə baxma-yaraq, öz xidməti vəzifələrini layiqincə yerinə yetirmiş, qanun tələblərinin ədalətlə tətbiq edilməsində həmişə pirinspial mövqe tutmuşdur, buna görədə hec kəsin qarşısında gözü-kölgəli və borclu qalmamışdır. Bütün bunlara görə Arifov Məhəmməd Kamran oğlu həmişə ləyaqətinin, şərəfinin, şəxsiyyətinin, işgüzar fəaliy-yətinin toxunmazlığını və nüfuzunu qorumuş, vüqarını daima yüksək saxlayaraq, alnı açıq və başı uca gəzmidir.
Səmərəli fəaliyyətinə və hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə Daxili İşlər Nazirinin,Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əlacı və yubiley döş nişanları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə və digər xidmətlərinə görə Kapitan Arifov Məhəmməd Kerman oğlu Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri aşağıdakı medallarla təltif olunub:
1.«Qüsursuz xidmətlərə görə» 1-ci ,2-ci və 3-cü dərəcəli medal ilə;
2.« Azərbaycan Respublikasının Silahlı Qüvvələrin» 10-iliyi, 90-illiyi və 95-iliyi yubiley medalları ilə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN . ARİF HƏKİM!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder