Təbrik: Polkovnik Sahib Məmmədov - 61



Daxili İşlər Nazirliyi (DIN-in) Daxili Qoşunlarının həyatında öz dəsti - xətti  olan, peşəkarlığı, dərin zəkası, gözəl nitq qabiliyyəti, sadəliyi, iradl, səmərəli fəaliyyəti, səmimiyyəti , işgüzarlığı və mənəvi keyfiyyətləri ilə seçilən, ömrünün  ən məhsuldar dövrünün 41  ildən çox şərəfli xidmət yolunu  hərbi xidmətə həsir etmiş - istefada olan polkovnik  Məmmədov  Sahib  Kamaləddin oğlunun   fevral ayının  3-də dünyaya göz acdığı gündür. 
Daimi həyatın bütün  imtahanlarından alnıaçıq və üzüağ çıxan, Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı-istefada  olan polkovnik  Mə  Sahib Kamaləddin oğlunu belə bir əlamətdar gün münasibətilə DİN-in Qoşunlarının  ehtiyatda və istefada olan zabitləri, kollektivi, onun doğmaları, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Sahib  qoy yaşınızın  üstə gələn bu yaş  da  sizə sevinc dolu illər bəxş etsin, hər yeni günüz isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Peşəkar hərbi zabit, vətənpərvər  və torpağına bağlı  insan polkovnik  Məmmədov  Sahib Kamaləddin oğlu 1964-cı illin  yanvar ayının 3-də  Qazax rayonun  birinci Şıxlı kəndində zəhmətkeş bir ailədə  anadan olub.
Əsil vətəndaşlıq mövqeyi ilə seçilən, polkovnik  Sahib Məmmədov 1981-ci ildə Qazax rayon birinci Şıxlı M.Həsənov  adına kənd orta məktəbi, 1985-ci ildə  Bakı  Ali  Ümümqoşun  Komandirlər  Məktəbini bitrib.  
Sahib  Məmmədov DİN-in Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində keçirlən bir çox təlim-metodiku toplanışlarda,  hərbi və xüsusi-taktiki təlimlərdə, komanda-qərargah məşqilərində, nümnəvi-göstərici məşğələlərdə, seminar və konfranslarda iştirak edib,  2 dəfə Türkiyə  Respublikasında (briqada  və bölgə  komandiri vəzifələri üzrə) akademik  kurslarda təhsil alıb. 
 Xoş rəftarı  və şirin dili  ilə hər kəslə  isti münasibət yaradan, Sahib Ka  oğlu Məmmədov 1985-1990- ci illərdə Sovet Ordusunun  Almaniyada  yerləşən hərbi hissələrin birində taqım komandiri və bölük komandiri, 1990-1994-cü illərdə isə  Sovet Ordusunun Gürcüstan Respublikasında yerləşən hərbi hissələrin birində qərargah rəisinin müavini və təlim -tədris mərkəzinin rəisi vəzifələrində  calışmışdır.

1995-2024-ci illərdə  Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Gəncə şəhərində, Qazax,Bərdə, Şəki, Zakatala və Quba rayonlarında yerləşən hərbi hissələrində ayrıca yerləşən taborun komandiri və hərbi hissənin (alayın, briqadanın) komandiri vəzifələrində  Vətənə və xalqa  sədaqətlə xidmət edib .
Azərbaycanın ərazi bütövlüyü uğrunda   gedən döyüşlərdə  və antiterror əməliyyatı zamanı hərbi hissə komandiri kimi  polkovnik  Məmmədov Sahib Kamaləddin  oğlu  üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə  gəlmişdir. Azərbaycan Respubilkasının  Silahlı Qüvvələri və  müharibə vetranıdır.
Sahib Məmmədov Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Qanunvericiliklə müəyyən edilmiş  qaydada Daxil İşlər Nazirliyi Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,  mühüm dövlət obyektlərin, hərbi şəhərciklərin, təchizat anbarların və inzibatı binaların mühafizə olunmasında,şəhərdə və yaşayış məntəqələrində  kütləvi iğtişaşların qarşlsının alınmasında,cinayətkarlığa qarşı mübarizədə,silahlı birləşmiş dəstələrin axtarışında və  zərərsizləşdirilməsində, daxili işlər orqanları ilə birlikdə yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində  post-patrul xidməti  vastəsi ilə ictimai asayişin qorunmasında və ictimai təhlükəsuzliyin təmin olunmasında, qəzalar, yanğınlar, bədbəxt hadisələr, təbii fəlakətlər və başqa fövqalədə hallar, habelə fövqaladə vəziyyət və komendant saatı  zamanı hüquqi rejimin təmin edilməsində,dövlətətin ərazi bütövlüyünün təmin edilməsində (eləcə də 44 günlük  Vətən müharibəsində və Lokal xarakterli antitteror tədbirlərin keçirilməsində) üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə  gəlmişdir.
   
Hərbı yoldaşları  Sahib Məmmədovu vətənpərvər, qoruxmaz, zəhmətkeş  hərbi qulluqçu kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı, orta və təhsil mərkəzlərində, istərsədə  xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost-tanış, qohum-əqrəba  arasında   özünə layiq hörmət  qazanıb.

Öz xidmət  vəzifələrini və  hərbi hissə  qarşısında  qoyulmuş tapşırıqları yerinə yetirərkən xüsusi fəriqləndiyinə və hərbi xidmət kecdiyi dövrdə  göstərdiyi digər xidmətlərə görə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin,SSRİ Müdafiə Nazirinin və onun müavinlərinin, Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanının  və onun müavinlərinin, ali hərbi məktəb rəisinin,  hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə   əlacı, yubiley və idman dərəcəsi  döş nişanları ilə təltif edlib, bir çox  fərmanlarla, diplomlarla, qiymətli hədiyələrlə mükafatlandırlıb, ona təşəkkür elan edilib və aşağıdakı medallarla  təltif olunub:
1.”SSRİ Silahlı Qüvvələrin 70 illiyi (1918-1988)” yubiley  medalı ilə;

2."Azərbaycan Respubilkası  Silahlı Qüvvələri Veteranı" medalı ilə.

3."Azərbaycan  Respublikası Silahlı Qüvvələrinin yaranmasının 10 illiyi  ( 1991 - 2001 )”  yubiley   medalı ilə;

4."Azərbaycan Respublikası  Silahlı Qüvvələrinin yaranmasının  90 illiyi ( 1918 - 2008)” yubiley  medalı ilə;

5."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin yaranmasının" 95 illiyi  (1918 - 2013 )” yubiley medalı ilə:

6.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018) yubiley medalı ilə;

7."Qüsursuz xidmətə görə 1 -ci  dərəcəli medalı - Silahlı Qüvvələrdə  20  təqvim ili xidmətə görə;

8."Qüsursuz  xidmətə görə" 2-ci dərəcəli medal  - Silahlı Qüvvələrdə 15 təqvim ili  xidmətə görə;

9.”Qüsursuz xidmətə  görə” 3-cü dərəcəli medal-Silahlı Qüvvələrdə  10 təqvim ili xidmətə görə;

10.”Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal ilə;

11.”Vətən müharibəsi iştirakçısı” medalı ilə.

Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında, mütəşəkkil cinayətkarlığıa,terorculuğa və digər təhlükəli cinayətlərə qarşı mübarizədə,qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsində, xüsusi fərqləndiyinə, öz vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən şücaət və igidlik göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidentinin  30 iyun 2002-ci il tarixli və 12 mart 2021-ci il tarixli 2531 saylı sərəncamlarına əsasən aşağıdakı medallarla təltif olunub:

1.“Hərbi xidmətlərə görə” medalı ilə;

2.”İgidliyə görə” medalı ilə.

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN  SAHİB!
BÜTÜN ARZULARIN CİN OLSUN! HƏMIŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYIN SEVINSIN!
Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages