Təbrik: Polkovnik Rəhman Əliyev- 54




1994-2020- cı illərdə Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarının Hacıqabul rayonunda və Gəncə şəhərində yerləşən hərbi hissələrdə müxtəlif vəzifələrdə Vətənə, xalqa sədaqətlə xidmət etmiş, Azərbaycan Respublikasının Silahlı Qüvvələr Veteranı- ehtiyatda olan polkovnik Əliyev Rəhman Hüseyn oğlunun yanvar ayının 17-də doğum günüdür.


Belə bir əlamətdar gün münasibətilə polkovnik   Əliyev Rəhman Hüseyn oğlunu Daxili İşlər Nazirliyi Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, kollektivi, onun doğmaları,yaxınları və iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarinda bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər,

Rəhman qoy yaşının üstə gələn bu yaş da  sizə sevinc dolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildək keçsin.

     

Qeyd edək ki, polkovnik Əliyev Rəhman Hüseyn oğlu 17 yanvar 1970-ci ildə Bərdə rayonun Mustafaağa kəndində zəhmətkeş bir ailədə anadan olub. 


1987-ci ildə Bərdə rayonun Mustafaağa kənd orta məktəbi, 1994-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetini (fərqlənmə diplomu ilə) bitirib.


Rəhman Əliyev Daxili Qoşunlarda müxtəlif vəzifələrdə xidmət etdiyi illər ərzində bir çox təlim -metodiki toplanışlarda, taktiki- xüsusi təlimlərdə, ixtisas artırma kurslarında  olub.

 

               Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə, hərbi vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə Daxil İşlər orqanlarında və Daxili Qoşunlarda əla xidmətlərə görə  əlacı  və yubley döş nisanları ilə təltif olunub,bir çox  fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

        Polkovnik Əliyev Rəhman Hüseyn     oğlunun öz xidməti vəzifə borclarını və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların yerinə yetirilməsində xüsusi fəriqləndiyinə görə, Azərbaycan Respublikası Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə aşağıdakı  medallarla təltif edilib:


1."Qüsursuz xidmə görə”  1-ci dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;


2.”Qüsursuz xidmətə görə”  2-ci dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;

 

3.”Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə; 


4.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 10- iliyi (1991-2001)”  yubiley medalı ilə;


5.”Azərbaycan Resıubilkasının Silahlı Qüvvələrinin 90- illiyi (1918-2008)” yubiley medalı ilə; 


6.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 95 -illiyi (1918-2013)” yubiley medalı ilə;


7.”Azərbaycan Respublikasının Silahlı Qüvvələr Veteranı” medallı ilə.

      


Dövlətinin ərazi bütövlüyünün təmin edilməsində iştirak etdiyinə, döyüş zamanı şücaət göstərdiyinə, öz xidməti vəzifələrnin yerinə yetirilməsinə  fədakarlıq göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidentinin 10 mart 2016- cı il tarıxlı 1877 saylı sərancamına əsasən "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunub.


DOĞUM GÜNÜN MÜBARƏK OLSUN

RƏHMAN!


ÖMRÜN UZUN OLSUN 100YAŞA.


DAİMA XOŞBƏXT VƏ FİRAVAN YAŞA!


ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN.

 Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və   Müharibə Veteranı  polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages