İnsan üçün ən yaddaqalan günlərdən bir onun doğum gündür. Yaşın üstə yaş gəldikcə insan dahada kamilləşir.
Belə insanlardan biridə, Daxili işlər orqanlarının həyatında öz dəst - xətti və xüsusi xidmətləri olan, yüksək peşəkarlığı, humanistliyi, ictimai işlərdə fədakarlıq göstən, dostlarına, yaxınlarına isti münasbətdə olan, hec kəsi özündən incitməyən, xoş rəftarı və şirin dili ilə hər kəsə doğmalıq münasbəti yaradan, dəqiqliyi, təmkinliyi, səmimiyyəti, sadəliyi,dərin zəkası, və səmərəli fəaliyyəti ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 32 - ildən çox şərəfli xidmət yolunu daxili işlər orqanlarında keçirmiş- istefada olan polis polkovnik leytenatı Kərimova Sevil Mirzağa qızının yanvar ayının 12- də dünyaya göz acdığı gündür.
Daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan Sevil xanımı belə bir alamətdar gün münasibəti ilə 2021 -ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirmiş tələbə yoldaşları, onun doğmaları, əzizləri və iş yoldaşları səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, ailə səadəti və həyat yollarinda bitib -tükənməyən nailiyyətlər arzu edib deyirlər, Sevil xanım qoy yaşının üstə gələn bu yaşda sizə sevinc dolu günlər bəxş etsin, hər yeni ilin isə ötən illərdən daha gözəl, istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
İstefada olan polis polkovnik- leytenantı Sevil Kərimova yanvar ayının 12 - də zəhmətkeş bir ailədə anadan olub .
2001 cü ildə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitrib.
1989- 2021- ci illərdə Daxili İşlər Nazirliyinin müvafiq Baş İdarələrində müxtəlif vəzifələrdə Vətənə və xalqa sədaqətlə xidmət edib.
2021-ci ildə Daxili İşlər Nazirliyinin Baş Kaldırlar İdarəsinin katibliyinin rəisi vəzifəsindən ehtiyata buraxlıb.
Polkovnik- leytenat Sevil Kərimova Daxili İşlər Orqanlarında xidmət etdiyi illər ərzində özunü uşaq vaxtların dan, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı polis zabiti kımı göstərmişdir.O işlədiyi , oxuduğu orta məktəbdə,polis akademiyasında həmişə müsbət mənada seçilərək, başqaları üçün daimi nümunə olmuşdur.
Sevil Kərimova Daxili işlər orqanlarında xidmət etdiyi illər ərzində, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməsi, Polis Andın, Daxili İşlər Nazirliyinin intizam nizamnaməsinin və digər hüquqi- normativ aktların tələblənin eləcə də vəzifə borclarının yerinə yetirilməsi işində şəxsi nümunəsi ilə bir çox polis əməkdaşları ücün nümunə olmuş və onları fədakar xidmətə ruhlandırmışdır.
Sevil xanım Daxili işlər orqanqanlarında xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insapərvər, əliacıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsssisə-lərində, istərsədə xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış, qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Kərimova Sevil Mirzağa qızı öz xidməti vəzifələrinin yerinə yetirilməsində fərqləndiyinə və xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə Daxili İşlər Nazirinin və onun müavinlərinin, DİN-in Baş Dövlət Yanğından Mühafizə və Baş Kadırlar İdarə rəislərinin müvafiq əmrləri ilə bir sıra medallarla, əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif olunub, bir çox fərmanlarla, qiymətli hədiyyələrlə,pul mükafatları ilə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN. SEVİL XANIM!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder