Bu gün silahdaşlarımızdan birinin — Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin iqtisadi məsələlər üzrə müavini Quliyev Mübariz Hacı oğlunun doğum günüdür. Yanvar ayının 5-də onun 52 yaşı tamam olur.
Mübariz Hacı oğlu Quliyev, 1973-cü ilin yanvar ayının 5-də Sumqayıt şəhərində ziyalı ailəsində dünya göz açıb. O, əslən Tovuz rayonundandır. Yüksək peşəkarlığın ilə öhtəsinə düsən vəzifələri və ona həvalə olunan çoxşaxəli işləri həmişə ləyaqətlə yerinə yetirən Mübariz Hacı oğlu Quliyev, 1989-cu ildə Sumqayıt şəhərində orta məktəbi,1996 -cı ildə isə Texnologiya Unverstetini bitrib.
Mübariz Quliyev 1991-1992- ci illərdə könülü olaraq Azərbaycan Ordusunun Tovuz rayonun ərazisində yerləşən hərbi hissələrində müvafiq vəzifələrdə xidmət edib. Mübariz Quliyev Azərbaycanın ərazi bütövlüyü uğrunda (Tovuz rayonu istiqamətlərində) gedən döyüşlərdə fəal iştirak edərək, ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmiş və ağır yaralanmışdır.
Xidməti və ictimai vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə Müdafiə Nazirinin Müavini — Azərbaycan Ordusunun Baş Qərargah rəisinin, Korpus və hərbı hissə komandirlərlərnin,Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədrinin, Sumqayıt şəhər İcra hakimiyyətinin başçısının, Sumqayıt şəhər Yeni Azərbaycan Partiya sədirinin müvafiq əmrləri ilə bir sıra medalarla, döş nişanları ilə fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi Mübariz Quliyevi doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona cansağlığı və tükənməyən naliyyətlər arzu edir.
AVMVİB-nin Xankəndi şəhər və Xocalı rayon şöbəsi
Hiç yorum yok:
Yorum Gönder