Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarında müxtəlif vəzifələrdə xidmət etmiş , Azərbaycan Respublikasının Silahlı Qüvvələri və müharibə veteranı- istefada olan mayor Hüseynov Zaur Müzəffər oğlunun yanvar ayının 6-da 55 yaşı tamam olur .
Peşəkarlığı,humanistliyi, işgüzarlığı, mənəvi keyfiyyəti, təmkinliliyi, sadəliyi,səmimiyyəti və xeyirxahlığı ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 25 illik şərəfli xidmət yolunu Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında keşirmiş, Azərbaycan Respublikasının Silahlı Qüvvələri və müharibə veteranı -istefada olan mayor Hüseynov Zaur Müzəffər oğlu 1970-ci ilin yanvar ayının 6-da Gəncə şəhərində ziyalı ailədə anadan olub.
Mayor Hüseynov Zaur Müzəffər oğlu 1987-ci ildə Samux rayonu Alıuşağı kənd orta məktəbini bitirib, 1988-ci ildə Azərbaycan Texniki Universitetinə qəbul olmuş, 1992- ci ildə həmin Universiteti bitrib.
1992- 1993-cü illərdə könüllü olaraq Daxili İşlər Nazirliyinin tərkibində yaradılmış əlahiddə polis bölüyündə zabit kimi xidmət etmiş, həmin bölüyün tərkibində 1993- cü ilin mart ayında Kəlbəcər rayonunda əhalinin təhlükəsizliyinin təmin olunmasında, 1993-cü ilin iyun-iyul aylarında Ağdam rayonunun Qiyaslı kəndində döyüşlərdə iştirak etmişdir.
1994-cü ilin yanvar ayından Daxili Qoşunların Hacıqabul rayonunda yerləşən hərbi hissəsinin tərkibində bölük komandirinin müavini vəzifəsində Cəbrayıl rayonun Çocuq Mərcanlı kəndi uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir.
1996-1998 - ci illərdə Naxçıvan şəhərində yerləşən hərbi hissədə müxtəlif vəzifələrdə, 1998-2004-cü illərdə Lənkəran şəhərində yerləşən hərbi hissədə bölük komandiri vəzifəsində, 2004-2019-cu illərdə Quba və Gəncə şəhərlərində yerləşən hərbi hissələrdə xidmət rəisi vəzifəsində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməklə, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin və digər hüquqi – normativ aktların tələblərinə, eləcə də vəzifə borclarının icrasına məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqların müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir çox hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.
Qanununvercliklə müəyyən edilmiş qaydada Daxili İşlər Nazirliyi Daxili Qoşunlarına həvalə edilmiş vəzifə və tapşırıqların yerinə yetirilməsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilməsi yerlərində İctimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında,yaşayış məntəqələrində, cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, Qusar rayonu ərazisində qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, qəzalar, bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa fövqəladə hallar, habelə fövqəladə vəziyyət və komendant saatı zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində, dövlətin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyətlə yerinə yetirmişdir
Zaur Hüseynov xidmət etdiyi dövrlərdə Müdafiə Nazirliyinin Qaraheybətdə yerləşən təlim -tədris mərkəzində zabitlərin abit təkmilləşdirə kursunu, digər kursları müvəffəqiyyətlə bitirmiş və müvafiq sertifikatlarla təmin olunmuşdur
Öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə və hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanının və onun müavinlərinin, hərbi hissə komandirnin müvafiq əmrləri ilə əlacl və yubiley döş nişanları ilə təltif olunub, fəxri fərmanlarla, diplomlara və qiymətli hədiyyələrlə mükafatlandırılmış, ona təşəkkur elan edilmiş və aşağıdakı medallarla təltif edilmişdir:
1.”Azərbaycan Azərbaycan Respublikasının Silahlı Qüvvələr Veteranı” medallı ilə;
2. “Qüsursuz xidmətə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medallar ilə:
3. “Azərbaycan Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin ” 10 illiyi, 90 illiyi və 95 illiyi yubiley medalları ilə;
YUBİLEY GÜNÜN MÜBARƏK OLSUN. ZAUR!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev.
Hiç yorum yok:
Yorum Gönder