Təbrik: Mayor Tofiq Adıgözəlov -59



Tofiq  Adıgözəlovun doğum günüdür.


Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının ehtiyatda  və istefada  olan zabitləri, kollektivi, onun doğmaları,əzizləri, iş və döyüş yoldaşlar Azərbaycan Respublikasının müharibə veteranı- istefada olan olan mayor Adıgözəlov Töfiq Qabil oğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin neymət olan möhkəm cansağlığı ailə səadəti və həyat yollarinda bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər, Tofiq qoy yaşının üstə gələn bu yaşda  sizə sevinc dolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl sizi  xoşbəxt edəcək şəkildə keçsin.


 Azərbaycan Respublikasının müharibə veteranı istefada olan mayor Adıgözəlov Töfiq Qabil oğlu  14 yanvar 1966-cı ildə Sumqayıt şəhərində anadan olub.


 1983-cü ildə Sumqayıt şəhərində 22 nömrəli orta məktəbi, 1988-ci ildə Amur Vilayətində Tank Komandirlər   Ali Hərbi  məktəbini bitirib.O, DİN-in Daxili Qoşunlarda  xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində keçirilən bir çox təlim -metodiki toplanışlarda, xüsusi- taktiki  təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.


1988-1991-ci illərdə Sovet ordusunun Vladikafqazda, 1991-1993-cü illərdə Azərbaycan Ordusunun Ağdamda, 1993-2000-ci illərdə isə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş  İdarəsinin   Ağdam, Füzuli, Xətai rayonlarında və Sumqayıt şəhərində yerləşən hərbi hissələrində taqım, böluk komandiri,  tabor komandiri, avtomobil və zirehli texnika xidmət rəisi, hərbi hissə komandirinin silah və texnika üzrə müavini vəzifələrində xidmət edib.

   

  Peşəkarlığı və humanistliy ilə  seçiilən mənalı  ömürün ən məhsuldar dövrünün 16 ildən çox şərəfli xidmət yolunu hərbi xidmədə keçirmiş Töfiq Adıgözəlov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Vətənə dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.


     Azərbaycanın Respublikasının Suverenliyi və ərazi bütövlüyü uğrunda ( Ağdam,Ağdərə və Füzuli rayonları  istiqamətində) gedən döyüşlərdə fəal  iştirak etmişdir.


Tofik Adıgözəlov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insapərvər, əliaçıq, zəhmətkeş  zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.


Müstəqil Azərbaycanın Respublikasının Daxili İşlər Nazirliyi  Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andın,  hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin eləcə də digər hüquqi- normativ aktların  tələblərinə,  vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş  xidməti  tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir çox  hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.


Qanunvericiliklə müəyyən edilmiş qaydada Daxil İşlər Nazirliyi Daxili Qoşunlarına həvalə edilmiş vəzifə və tapşırıqların yerinə yetirilməsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilməsi yerlərində ictimai qaydanın qorunmasənda  və ictimai təhlükəsizliyin  təmin eilməsində, yaşayış məntəqələrində və cəza cəkmə müəssələrində kütləvi iğtişaşların  qarşının alınmasında,Azərbaycanın  ərazi  bütövlüyünün təmin olunmasında üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və  şərəf hissi ilə yerınə yetirmişdir.


Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi  xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nisanları ilə təltif olunub, pul mükafatları ilə,  fərmanlarilə və qiymətli hədiyyələr ilə mükafatlandırlıb və ona təşəkkür elan edilib.


Döyüş hazırlığındakı əla göstəricilərə, təlimlərdə, xüsusi əməliyyatlarda,döyüş xidmətində və döyüş növbəsində xüsusi fəriqləndiyinə,   şücaət  və fədakarlıq göstərdiyinə,eləcə də xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə  SSRİ Ali Soveti və Azərbaycan Respublikasının Prezidenti adından  aşağıdakı medallarla təltif olunub.


1.SSRİ Silahll Qüvvələrin 70- iliyi yubiley medalı ilə,


2.Qüsursuz xidmətə görə 2-ci və 3-cü dərəcəli medallar ilə.


DOĞUM GÜNÜN MÜBARƏK OLSUN. TÖFİQ!.


ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!


BÜTÜN ARZULARIN ÇİN OLSUN!


DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!


HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!


Azərzərbaycan Respubilkasının  Siahlı Qüvvələri və    Müharibə     Veteranı 

i polkovnik Salman Musayev


Hiç yorum yok:

Yorum Gönder

Pages