Təbrik: Mayor Şakir Əhmədov -63



Daxili İşlər Nazirliyinin müvafiq strukturlarının həyatında öz dəst- xətti olan, yüksək peşəkarlığı, dərin zəkası, gözəl nitq qabiliyyəti,  sadəliyi, xeyirxahlığı ,səmimiyyəti,  dəqiqliyi, səmərəli fəaliyyəti, vətənpərvərliyi, təmkinliyi, işgüzarlığı,iradl və mənəvi keyfiyyəti ilə seçilən ömrünün ən məhsuldar dövrünün  33- ildən çox şərəfli xidmət yolunun iki ilinu hərbi xidmətdə, otuz bir ilini isə Daxili İşlər Orqanlarında keçirmiş,   istefada olan  polis mayoru Əhmədov     Şakir  Oktay oğlunun  yanvar ayının  9 -da dünyaya göz acdığı gündür.


Daimi həyat ın  bütün imtahanlarından alnı  açıq və üzüağ çıxan, peşəkar “hüquqşunas”, Azərbaycan Respublikasının polis və müharibə veteranı- istefada olan polis  mayoru Əhmədov Şakir Oktay    oğlunu doğum günü münasibətilə,   2001 ci-ildə Daxili İşlər Nazirliyinin  Polis Akademiyasını bitirən tələbə yoldaşları,  doğmaları,əzizləri,yaxınları ,iş və döyüşcü yoldaşları  səmimi qəlbdən təbrik edir,  səbəbkara həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Şakir qoy yaşının üstə gələn bu yaş da sizə  sevincdolu günlər bəxş etsin,hər yeni ilin isə sizi istəklərinizə qovuşduraraq dahada    xoşbəxt eləsin. 

 

Polis mayoru Əhmədov Şakir  Oktay oğlu  1962- ci ilın yanvar ayının  9- da  Azərbaycan Respublikasının Beylaqan rayonunda   zəhmətkeş  bir ailədə anadan olub. 

Mayor Şakir Əhmədov  1979 - ci ildə Beylaqan  rayonun   2 nömrəli   orta məktəbi,  1991 - ci ildə Gəncə şəhər  Avtomexanika  texnikumunu, 2001- cı ildə   isə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib. O, Daxili işlər orqanlarında  xidmət etdiyi illər  ərzində, Daxili İşlər Nazirliyinin müvafiq strukturlarında keçirilən bir çox təlim- metodiki toplanışlarda, xüsi- taktiki təlimlərdə , komando-qərargah  məşqlərində,  müvafiq ixtisas artırma kurslarında, seminar və konfrans larda fəal iştirak edib.

 1980 -1982- ci illərdə Sovet Ordusunun Voronej şəhərində yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə  olub.

 1982-2015 -ci  illərdə  Daxili İşlər Nazirliyinin    Beylaqan və Xocavənd rayonlarında yerləşən polis şöbələrində polis nəfəri, cinayət axrarış bölməsində əməliyyat müvəkkili, təhqiqat bölməsində təhqiqatcı və bölmə rəisi vəzifəsində Vətənə və xalqa sədaqətlə xidmət edib.

 Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə  iştirak edərək, ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.

Mayor  Şakir Əhmədov  Cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunmasında, ictimai təhlükəsizliyin təmin edilməsində,  o cümlədən əməliyyat şəraitinin təhlili, idarəçilik mexanizminin təkmilləşdirilməsi, kompleks tədbirlərin hazırlanması və digər sahələrdə üzərinə düsən məsul vəzifələri hər zaman layiqincə yerinə yetirmişdir,  bu illər də   bir çox əməkdaşın yetişməsində  xüsusi əməyi olmuşdur. O, təqaüdə çıxandan sonra  da  şəxsi heyətin  hərbi- vətənpərvərlik  tərbiyəsində  və peşəkarlığın   artırılmasında  yüksək səviyyədə   bir çox işlər görür.

Polis veteranı kimi Daxili işlər orqanlarının  ictimai həyatında yaxından iştirak edərək,  zəngin  həyat və xidməti təcrübəsini  daimi  gənclərlə bölüşur.

 O,Daxili işlər orqanlarda  xidmət etdiyi illər ərzində  öz tabeliyində olanlara, Azərbaycan Respubli kasının Konstitusiyasına və qanunlarına əməl edilməsi  Polis Andın Daxili İşlər Nazirliyinin post - patrul xidməti nizamnaməsinin tələblərinin  əmir və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində bir çox polis əməkdaşlarına şəxsən  daimə nümunə olmuşdur.

Mayor Şakir Əhmədovun polis və tələbə yoldaşları onu vətənpərvər, cəsarətli,  qorxmaz, saxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O,istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istərsə də   xidmət etdiyi və işlədiyi kollektivlər də, qohum-əqrəba, dost-tanış arasında  özünə layiq hörmət qazanıb .

 Öz xidməti vəzifə borclarının icrasına məsuliyyətlə yaşadığına  və xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə Azərbaycan Respublikasının Daxili İşlər Nazirinin və  onların müavinlərinin,  Polis akademiyasının rəisinin,  İdarə və şöbə rəislərinin  müvafiq əmrləri ilə bir sıra medallarla,  əlacı və yubiley  döş nişanları ilə təltif  olunub, bir  cox    fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN ŞAKİR !


BÜTÜN ARZULARIN ÇİN OLSUN!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!


HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!


Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və  Müharibə Veteranı  polkovnik Salman Musayev



Hiç yorum yok:

Yorum Gönder

Pages