Təbrik: Mayor Fəqan Nəsibzadə- 57




Daxili  işlər orqanlarənda  müxtəlif vəzifələrdə xidmət etmiş, yüksək peşəkarlığı,  humanistliyi, qayğıkeşliyi, vətənpərvərliyi, xeyirxahlığı , işgüzarlığı, mənəvi keyfiyyəti, dəqiqliyi, təmkinliyi, sadəliyi, səmimiyyəti və  səmərəli fəaliyyəti         ilə,  seçilən    ömrünün    ən məhsuldar dövrünün 23 ildən   çox  şərəfli xidmət yolunu Daxili İşlər orqanlarında keçirmiş, Azərbaycan Vətən Müharibəs Veteranları İctimai Birliyinin (AVMVİB ) Səbail  rayon şöbəsinin sədri, Azərbaycan Respublikasının Müharibə Veteranı- istefada  olan  polis  mayoru Nəsibzadə   Fəqan Sabir oğlunun   yanvar ayının  3-  də   dünya göz açdığı gündür.


 

 Belə bir  əlamətdar gün münasibətilə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin  idarə heyəti, Bakmiltv info- nun kollektivi Azərbaycan Respublikasının müharibə veteranı -istefada olan  polis mayoru  Nəsibzadə Fəqan Sabir oğlunu   doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm  cansağlığı,ailə səadəti  və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər,    Fəqan  müəllim  qoy yaşının üstə gələn bu yeni yaşda, sizə     sevincdolu günlər bəxş etsin, hər yeni  ilin   isə ötən illərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.

   

 Azərbaycan Respublikasının. müharibə veteranı- istefada olan polis mayoru Nəsibzadə Fəqan Sabir  oğlu  03 yanvar 1968 -ci ildə Qazax  rayonunun  Alpout kəndində zəhmətkeş  bir ailədə  anadan olub.

 1984-cü ildə Qazax rayonunun Alpout kənd orta məktəbini, 1990- ci ildə    isə          Kalininqrad vilayətində Daxili İşlər Nazirliyinin Ali Milis (polis) məktəbini bitirib.

O, 1984-1986-ci  illərdə  Sovet Ordusunun Kamcatka şəhərində   yerləşən hərbi     hissələrin birində  müddətli həqiqi hərbi xidmətdə olub.

 1990- 2007 -ci illərdə  Daxili  İşlər Nazirliyinin müvafiq sturuklarında müxtəlif   vəzifələrdə Vətənə,       dövlətə   və xalqa    sədaqətlə    xidmət edərək, üzərinə düşən vəzifələrin öhtəsindən layıqınca gəlmişdir.  

O,Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal  iştirak edib. Azərbaycan Respublikasının müharibə veteranıdır.

    Fəqan Nəsibzadə Daxili işlər orqanlarda xidmət etdiyi illər ərzində özünü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı polis zabiti kimi göstərmişdir.O işlədiyi və oxuduğu   təhsil müəssisə-lərində, yaşadığı ərazidə,  kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün daimi nümunə olmuşdur.

  F. Nəsibzadə  Daxili işlər orqanlarında  xidmət etdiyi illər ərzində, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Polis Andının,  post-  patrul,  sıra və intizam nizamnamələrinin  və digər hüquqi-normativ aktların  tələblərinə, eləcə   də vəzifə borclarının icrasının yerinə yetirilməsinə məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş  xidməti vəzifə  və  tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir çox  polis əməkdaşları fədakar  xidmətə ruhlandırmışdır.

   Mayor Fəqan  Nəsibzadə  Daxili işlər orqanlarında xidmətdə olduğu   müddətdə özünü qorxmaz, səxavətli, insapərvər, əliaçıq, zəhmətkeş  zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost-tanış, qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

Polis mayoru  F.Nəsizadə Qanunvericiliklə müəyyən edilmiş qaydada Daxil işlər orqanlarına  həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində şəhərdə və yaşayış məntəqələrində ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə və yaşayış məntəqələrində  kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, bədbəxt , qəzalar, yanğınlar , təbbi fəlakətlər və başqa fövqəladə hallar, habelə fövqəladə  vəziyyət və komendant saatı zamanı  hüquqi rejimin təmin edilməsində,                           dövlətin ərazi bütövlüyünün təmin  olunmasında üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf  hissi ilə   yerınə yetirmişdir.

    Öz xidməti və ictimai vəzifələrinin icrasına məsuliyyətlə yanaşdığına  və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, onun müavinlərinin, milis ali məktəb rəisinin, Baş  idarə və şöbə rəislərinin, AVMVB-in   sədirinin müvafiq əmrləri ilə bir sıra medallarla,  əla xidmətlərə görə  əlacı  və yubiley   döş  nişanları ilə təltif     olunub, bir çox  fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

   DOĞUM GÜNÜN MÜBARƏK OLSUN. FƏQAN MÜƏLLİM!


GÜNƏŞ QƏDƏR İSTİ…QAR DƏNƏSİ QƏDƏR SAF VƏ TƏMİZ BİR DİLƏYİLƏ..

 

100 YAŞA, SAĞLAM YAŞA

 



Hiç yorum yok:

Yorum Gönder

Pages