Peşəkarlığı, humanistliyi, işgüzarlığı, mənəvi keyfiyyətləri, dəqiqliyi,təmkinliyi, sadəliyi və səmimiyyəti ilə seçilən ömrünün ən məhsuldar dövrünün 22 ildən çox şərəfli xidməti yolunu hərbi xidmətdə keçirmiş, istefada olan mayor Hüsry Elsəvər Məhəmmədəli oğlunun yanvar ayının 9-da dünyaya göz açdığı gündür.
Belə bir əlamətdar gün münasibətilə Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarının ehtiyatda, istefada olan zabitləri mayor Elsəvər Hüseynovu səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyət lər arzu edib, deyirlər Elsəvər qoy yaşının üstə gələn bu yeni yaşda sizə sevinc dolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Hüseynov Elsəvər Məhəmmədəli oğlu 9 yanvar 1978 -ci ildə Cabrayıl rayonunun
Daşveysəlli kəndində anadan olub.
1995-ci Cabrayıl rayonunun Minbaşlı kənd orta məktəbəbi,
1999-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universtetini, 2002-ci ildə Daxili Qoşunlarının zabitlərin təhkimləşdirmə kursunu bitirib.
E.Hüseynov Daxili Qosunlarda xidmət etdiyi illər ərzində bir çox kuruslarda, metodiki- təlim toplanışlarda, komanda -qərargah (xüsusi- taktiki ) təlimlərdə, seminar və konfranslarda fəal iştirak etmişdir.
Mayor Hüseynov Elsevər Məhəmmədəli oğlu 1999-2000-ci illərdə Cabrayıl rayonunun 3 sayı orta məktəbində hərbi rəhbər vəzifəsində çalışıb.
2002-2024-cü illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Sabunçu, Zakatala, Şəki və Quba rayonlarında yerləşən hərbi hissələrində taqım komandiri,bölük komandirinin müavini, bölük komandiri,silah xidməti rəisi, ərzaq xidməti rəisi, əşya xidməti rəisi, hərbi hissə komandirinin maddi texnik təminat xidmətləri üzrə müavini vəzifələrində Vətənə dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.
Mayor Elsəvər Hüseynov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kimi göstərmişdir. O işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.
E.Hüseynov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insapərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsədə xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost-tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin, eləcə də digər hüquqi- normativ aktların tələblərinə, vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir cox hərbi qulluqçuları fədakar hərbi
xidmətə ruhlandırmışdır.
Elsəvər Hüseynov Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə,qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, fövqəladə hallar, habelə fövqalədə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin olunmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın,onun müavinlərinin,Ali təlim - tədris mərkəz rəisinin və hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nisanları ılə təltif olunub, pul mükafatları ilə, fəxri fərmanlarla,qiymətli hədiyyələrlə mükafatlan dırlıb və ona təşəkkür elan edilib.
Döyüş hazırlığındakı əla göstəricilərə, təlimlərdə, döyüş xidməti və döyüş növbəsində xüsusi fərqləndiyinə eləəcə də şücaət və fədakarlıq xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə aşağıdakı medallarla təltif olunub:
1.".Qüsursuz xidmətə görə" 1-ci, 2-ci və 3-cü dərəcəli medallar ilə;
2."Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 10-illiyi, 90-illiyi və 95-iliyi yubiley medaları ilə.
Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə göstərdiyi şücaət və igidliyə, öz vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə, görə Azərbaycan Respublikas Prezidentinin 9 mart 2007-ci il tarixli 2019 nömrəli sərəncamına əsasən “ Hərbi xidmətlərə görə “ medallı ilə təltif olunub.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN. ELSEVER!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder