Təbrik: Mayor Elman Səlimov-54



Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarında müxtəlif vəzifələrdə xidmət etmiş, yüksək peşəkarlığı, humanistliyi,işgüzarlığı, mənəvi keyfiyyəti, dəqiqliyi, təmkinliyi, sadəliyi, səmimiyyəti, səmərəli fəaliyyəti və vətənpərvərliyi  ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 20 ildən çox şərəfli xidmət yolunu hərbi xidmətə həsr etmiş , ehtiyatda olan mayor   Elman Səlimovun yanvar ayının 8- də  dünyaya göz acdığı gündür. 

Bu əlamətdar gün münasibəti ilə mayor Elman  Səlimovu Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının  ehtiyatda və istefada olan zabitləri,doğomaları,əzizləri,iş və döyüşçüğğğğğ yoldaşları, səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, ailə səadəti  və həyat yollarında bitib- tükənməyən nailiyyətlər arzu edib deyirlər,  Elman qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin. 


Səlimov Elman Ağaəli oğlu 1971-ci ilin yanvar ayının  8 -də  Bakı şəhərində  zəhmətkeş bir ğailədə  anadan olub .


1988- ci ildə Bakı şəhərində orta məktəbi, 1993- cü ildə isə SSRİ Daxili işlər Nazirliyinin Daxili Qoşunlarının  Orjanaqidze Ali Komandanlıq  məktəbini   bitirib. O, Daxili Qoşunlarda   xidmət etdiyi illər ərzində bir çox təlim -metodiki toplanışlarda, hərbi xüsusi taktiki təlimlərdə, nümnəvi göstərici məşğələlərdə, seminar və konfranslarda fəal iştirak edib.


Elman Ağaəli oğlu   1993- 2009 -cu illərdə  Daxili Qoşunların  Binəqədi, Xəzər və Hacıqabul rayonlarında yerləşən hərbi hissələrdə və xüsusi təynatlı dəstədə  taqım  komandiri, qrup komandiri, xüsusi təynatlı dəstə komandirinin müavini, tədris bölüyun komandiri- baş müəllim, tabor komandirinin müavini- tabor qərargahının rəisi, Daxili Qoşunların Baş İdarəsinin əməliyyat şöbəsində isə zabit  vəzifələrində  Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.

 Daxili işlər nazirliyi Daxili Qoşunlarında  mayor Elman Səlimov xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə,  Hərbi Andin, hərbi və daxili qoşunıarın döyüş xidməti nizamnamələrin tələblərinin yerinə yetirilməsində üzərinə düsən vəzifə borclarının   icrasına məsuliyyətlə yanaşmış,qarşıya qoyulmuş xidməti  tapşırıqları müvəffəqiyyətlə yerinə yetirmişdir.

Qanunvericiliklə müəyyən edilmiş qaydada şəhərdə , yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilməsi yerlərində ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda və təmin edilməsində, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtşaşların qarşlsının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə,  qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, qəzalar, bədbəxt hadisələr,yanğınlar,təbii fəlakətlər və başqa fövqəladə hallar, habelə fövqəladə  vəziyyət və komendant saatı zamanı hüquqi rejimin  təmin  olunmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və  şərəf hissi ilə yerınə yetirmişdir.

Azərbaycanın ərazi  bütövlüyü  uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. 

Mayor Elman Səlimov  Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində özünü qoruxmaz, saxavətli, insanpərvər, əliacıq, zəhmətkeş bir zabit kimi göstərmişdir. O,istər anadan olduğu və yaşadığı ərazidə,  oxuduğu orta  və ali təhsil müəssisələrində, istərsədə xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış, qohum əqraba  arasında özünə layiq hörmət qazanmışdır.


Öz xidməti vəzifələrini, hərbi  hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə, hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə  Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər  Nazirinin müvafiq əmrləri ilə aşağıdakı medallarla təltif olunub:

1.“Qüsursuz xidmə görə”  1-ci, 2-ci və 3-cü dərəcəli medal ilə;

2.“Azərbaycan Respubikasının Silahlı Qüvvələrinin   10-iliyi və 90-iliyi yubiley  medalarlı ilə. 

Döyüş hazırlığındakı  əla göstəricilərə,  təlimlərdə, xüsusi əməliyyatlarda, döyüş xidmətində, döyüş növbəsində xüsusi fəriqləndiyinə, fədakarlıq və şücaət göstərdiyinə görə Daxili İşlər Nazirinin,   Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Ali hərbi məktəb rəisinin, hərbi hissə komandirinin  müvafiq əmrləri ilə  əlacı, yubiley və müvafiq idman dərəcəsi döş nisanları ilə, bir çox fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ELMAN!


ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!


DAİMA XOŞBEXT YAŞA, ÖMRÜN UZUN OLSUN!


BÜTÜN ARZULARIN CİN OLSUN!


 Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev


Hiç yorum yok:

Yorum Gönder

Pages