Təbrik: Mayor Çingiz İsayev - 58




Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarında müxtəlif vəzifələrdə xidmət etmiüş, yüksək peşəkarlığı  humanistliyi , vətənpərvərliyi, işgüzarlığı,  mənəvi keyfiyyətləri, dəqiqliyi, təmkinliyi, sadəliyi, səmimiyyəti  və səmərəli fəaliyyəti ilə,  seçilən ömrünün  ən məhsuldar dövrünün 37 ilinin 16 ilini hərbi xidmətə, 21  ilini isə Tərtər rayonunun Qarağacı kənd orta məktəbində hərbi  rəhbər vəzifəsinə həsr etmiş, Azərbaycan  Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Tərtər rayon şöbəsinin sədri, Azərbaycan Respublikasının müharibə veteranı- istefada  olan mayor İsayev Çingiz Yaqub oğlunun   yanvar ayının  3 -də  58 yaşı tamam olur.


Belə bir əlamətdar gün münasibətilə mayor  Cingiz İsayevi Daxili İşlər Nazirliyi ( DİN-in) Daxili İşlər Nazirliyi Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, onun doğmaları, əzizləri, yaxınları, iş və döyüşçü yoldaşları  səmimi qəlbdən təbrik edir,ona həyatda insan üçün ən şirin nemət olan möhkəm  cansağlığı,ailə sədəti  və həyat yolların da bitib - tükənməyən nailiyyətlər   arzu    edib deyirlər,Cingiz müəllim  qoy yaşının üstə gələn bu  yeni yaşda sizə  sevincdolu günlər bəxş etsin və hər yeni günüz  isə ötən günlərdən daha gözəl istəklərinizə  uyğun     sizi xoşbəxt edəcək şəkildə keçsin. 


  Qeyd edək ki, Azərbaycan Respublikasının müharibə veteranı - istefada olan mayor    İsayev Çingiz Yaqub oğlu  3 yanvar 1967 -ci ildə Tərtər rayonunun  Qaraağacı kəndində zəhmətkeş bir ailədə anadan olub.

1984-cü ildə Tərtər rayonunun Qaraağacı kənd orta məktəbini, 1988- ci ildə isə Talin Ali Hərbi  Siyasi məktəbini bitirib. 1988-1991-ci  illərdə  Sovet ordusunun Qazaxstan Respublikasında yerləşən hərbi hissələrin birində  böluk komandirinin tərbiyəvi işlər üzrə müavini  və böluk komandiri, 1991-2002-cı ilərdə isə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Zaqatala və Gəncə şəhərlərində yerləşən hərbi hissələrdə nizami hissə rəisi,hərbi hissə komandirinin tərbiyəvi işlər üzrə  müavini vəzifələrində  Vətənə dövlətə və xalqa sədaqətlə xidmət etmişdir. Ç.İsayev Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal  iştirak edib. Azərbaycan Respublikasının müharibə veteranıdır.


  Cingiz İsayev Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kimi göstərmişdir.O işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə  kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümunə olmuşdur.

Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andın,  hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin və digər hüquqi-normativ aktların  tələblərinə, eləcə də vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş  xidməti  tapşırqları  müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir cox  hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.


     İsayev Cingiz Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insapərvər, əliaçıq, zəhmətkeş  zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost-tanış, qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

 Qanunvericiliklə müəyyən edilmiş qaydada Daxili  İşlər Nazirliyi Daxili Qoşunlarına həvalə edilmiş vəzifə və tapşırıqları yerinə yetirilməsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi- tədbirlərin keçirilməsi yerlərində ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə və yaşayış məntəqələrində   kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil ütəşəkkil cinayətkarlığa qarşı mübarizədə,qanunsuz silahlı dəstələrin axtarışında və qəzalar , bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa fövqəladə,  vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin olunmasında,   dövlətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düşən vəzifə və tapşırıqları  məsuliyyət və şərəf  hissi ilə   yerınə yetirmişdir.

  Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə , döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanının,onun müavinlərinin,Ali hərbi məktəb rəisinin və hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə  əlacı, yubiley və müvafiq idman dərəcəsi döş nişanları ilə təltif olunub, pul mükafatları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.


 Öz   xidməti və ictimai  vəzifələrinin  eləcə də hərbi hissə qarşısında qoyulmuş tapşırıqların yerinə yetirilməsinə  məsuliyyətlə yanaşdığna  görə  SSRİ Ali Soveti  və Azərbaycan Respublikası Prezidenti adından   aşağıdakı medallarla təltif olunub:

1.“SSRİ Silahlı Qüvvələrinin 70”- illiyi (1918-1988)” yubiley medalı ilə;

 2.”Azərbaycan Respubilkası   Silahlı  Qüvvələrinin 10 illiyi (1991- 2001) ” yubiley medalı ilə; 

3.”Qusursuz xidmətə görə” 3 -cü dərəcəli medal ilə-Silahlı Qüvvələrdə  10 təqvim ili xidmətə görə;

4.”Qüsursuz xidmətə görə” 2- ci dərəcəli medal  ilə– Silahlı Qüvvələrdə  15 təqvim ili xidmətə görə.

 Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB )  Tərtər rayon şöbəsinin qarşısında qoyulmuş vəzifə  və tapşırıqların yerinə yetirilməsində  fəriqləndiyinə görə   AVMVİB - in  İdarə heyətinin qərarına əsasən aşağıdakı xatirə medalları ilə təltif edilib:

  1. “Müharibə Veteranı” medalı ilə;

  2. “AVMVİB -nin 25 illiyi (1994-2019) yubiley medalı ilə; 

  3. “Azərbaycan Ordusunun 100- iİliyi (1918-2018)  yubiley medalı ilə;

4 “Böyük Zəfər” medalı ilə.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ÇİNGİZ MÜƏLLİM!


GÜNƏŞ QƏDƏR İSTİ…QAR DƏNƏSİ QƏDƏR SAF VƏ TƏMİZ BİR DİLƏYİLƏ…



Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev 

 


Hiç yorum yok:

Yorum Gönder

Pages