Təbrik: Mayor Arif Şəmilov-61



 Daxil İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarında müxtəlif vəzifələrdə xidmət etmiş, Azərbaycan Respublikasının müharibə veteranı-istefada olan mayor Arif Şamilovun  yanvar ayının 7-də 61 yaşı tamam olur.

Qeyd edək ki, mayor Şamilov Arif  Səməd oğlu 1964-cü illin yanvar ayının 7- də  Ermənistan Sovet Sosialist Respublikasının  Kalino rayonunun Dəmirçilər kəndində zəhmətkeş bir ailədə anadan olub.


 1981 ci ildə Kalinino rayonun Dəmircilər kənd orta məktəbini, 1990-cı ildə Bakı Dəmir Yol Texnikumunu, 1993-cü ildə Bakı Ali  Hərbi məktəbi,1998-ci ildə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin döyüş   hazırlığı idarəsinin Xəzər rayonunda yerləşən təlim -tədris  mərkəzində zabit heyətinin hazırlığı və zabitlərin ixtisas artırma kurslarnı bitrib.


 O, Daxili Qoşunlarda xidmətdə olduğu illərdə Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində kecirlən bir çox təlim- təlim metodiki toplanışlarda,nümnəvi -göstərici məşgələlərdə, xüsusi- taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.


1982- 1984- cü illərdə Sovet Ordusunun  Çexoslovakiyada yerləşən hərbi hissələrin birində müddətlı həqiqi hərbi xidmət olub.

1993- 1994- cü illərdə  Azərbaycan Respubilkasının Daxili İşlər Nazirliyinin Əlahiddə xüsusi- təyinatlı polis  dəstəsində və Azərbaycan Ordusunun döyüş bölgələrində  yerləşən  hərbi hissələrin birində müxtəlif vəzifələrdə calışıb.

 1993- 2004 -ci illərdə  Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin  Hacıqabul və Quba rayonlarında  yerləşən hərbi hissələrində  taqım komandiri, bölük komandiri, mühəndis və kimya xidməti rəisi vəzifələrində Vətənə  və xalqa sədaqətlə xidmət etmişdir.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda (Ağdam,Ağdərə Füzuli və digər  rayonları istiqamətində) gedən döyüşlərdə və Çaykəndi xüsusi əməliyyatlarında üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir. 

Əsli vətəndaşlıq mövqeyi ilə seçilən, Arif Şəmilov Daxili İşlər Nazirliyi Daxili Qoşunlarına  həvalə edilmiş vəzifə və taışırıqların yerinə yetirilməsində,şəhərlərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai qaydanın təmin olunmasında və ictimai təhlükəsizliyin qorunmasnda, yaşayış məntəqələrində  kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı birləşmiş dəstələrin axtarışındga və zərərsizləşdirilməsində ,qəzalar, bədbəxt hadisələr,yanğınlar, təbii fəlakətlər və başqa fövqəladə hallar, habelə fövqaladə vəziyyət və komendant saatı zamanı  hüquqi rejimin təmin edilməsində, dövlətin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerinə yetirmişdir.

Arif  Şamilov
Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, saxavətli, insapərvər, əliacıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsədə xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış,qohum - əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

Hərbı xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə,  döyüş və ictimai sıyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətlərinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, korpus və hərbi hissə komandirinin müvafiq əmrləri ilə  əlacı   və yubiley döş nişanları ilə təltif olunub, bir çox fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

  Öz  xidməti və ictimai  vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları  yerinə yetirərkən fəriqləndiyinə və hərbi xidmət kecdiyi dövrdə  digər xidmətlərə görə aşağıdakı medallarla təltif olunub:

1.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin yaranmasının 10 illiyi (1991-2001)” yubiley medalı ilə;

2.”Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal- Silahlı Qüvvələrdə  10 təqvim ili xidmətə görə.


Daxili İşlər Nazirliyi  Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri, kollektivi , (hərbi vəzifəliləri) mayor Arif Şamilovu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir,ona möhkəm cansağlığı, ailə səadəti və xoş günlər arzulayır.


Arif  doğum günün mübarək olsun!!!

  

100 yaşa, sağlam yaşa.


Azərbaycan Respubilkasının Silahlı Qüvvələri  və Müharibə Veteranı

polkovnik Salman Musayev


Hiç yorum yok:

Yorum Gönder

Pages