Təbrik: Kapitan Zakir Qənbərov -45




Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarının Naxçıvan Muxtar Respublikasında yerləşən hərbi  hissəsində müxtəlif vəzifələrdə xidmət etmiş-  ehtiyatda olan Kapitan Zakir  Qənbərovun yanvar ayının 10- da dünyaya göz acdığı günüdür.


Belə bir əlamətdar gün münasibətilə 

kapitan    Zakir  Qənbərovu Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının  ehtiyatda və  istefada olan zabitləri,  kollektivi , onun doğmaları  və iş  yoldaşları səmimi qəlbdən təbrik edir,ona  həyatda     insan üçün ən şirin nemət olan     möhkəm cansağlığı, aılə səadəti və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu     edib deyirlər, Zakir qoy   yaşının üstə gələn bu yeni  yaşda      sizə  sevincdolu günlər   bəxş etsin,    hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi  xoşbəxt edəcək    şəkildə keçsin.


Kapitan  Qənbərov Zakir Ələkbər oğlu  10 yanvar 1980-ci ildə     Naxçıvan şəhərində zəhmətkeş bir ailədə anadan olub.


 Orta təhsilini  Naxçıvan şəhər 1 nömrəli orta məktəbdə, hərbi təhsilini isə  Daxil İşlər Nazirliyi  Daxili Qoşunlarının  orta ixtisas  hərbi  məktəbində  alıb.


1999-2000-ci illərdə Dövlət Sərhəd Xidmətində müddətli  həqiqi hərbi xidmətdə olub.


2003 -2022 -cı illərdə  Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Naxçıvan Muxtar Respublikasında yerləşən əlahiddə briqadasında taqım komandiri, bölük komandiri, tabor komandirinin tərbiyəvi işləri üzrə müavini, tabor komandirinin müavini -qərargah rəisi vəzifələrində  Vətənə və xalqa sədaqətlə  xidmət edib. 


Z.Qənbərov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyə si yerində  olan,    nizam və intizamlı hərbiçi kimi göstərmişdir. O işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə   kollektiv     arasında həmişə müsbət mənada seçilərək, başqaları    üçün nümunə olmuşdur.


Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xid mət etdiyi illər ərzində, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə,  Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin, digər hüquqi- normativ aktların tələblərinə, eləcə    də vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti döyüş tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi     üçün  öz əməyini əsirgəməmiş şəxsi nümunəsi ilə    bir çox hərbi qulluqçulara  şəxsi nümunə olmuşdur  

 DİN-in  Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insapərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost-tanış, qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

Kapitan Zakir Qənbərov Qanunvericiliklə müəyyən edilmiş qaydada  Daxil İşlər  Nazirliyi Daxili Qoşunlarına həvalə edilmiş vəzifə və tapşırıqların yerinə yetirilməsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi- tədbirlərin keçirilməsi yerlərində ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda,  yaşayış məntəqələrində kütləvi  iğtşaşların qarşısının alınmasında, qəzalar, bədbəxt hadisələr, yanğınlar , təbii fəlakətlər və başqa fövqaladə vəziyyət  və komendant saatı zamanı rejim karantin tədbirlərinin həyata keçirilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

 Öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə, hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə  Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, orta ixtisas hərbi məktəb rəisinin, hərbi hissə komandirinin   müvafiq    əmrləri  bir sıra qüsursuz və yubiley medalları ilə, əla xidmələrə görə  əlacı  və   yubiley    döş nisanları ilə təltif olunub, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.


DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ZAKİR !

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!


HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!


BÜTÜN ARZULARIN ÇİN OLSUN!


DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!


 Azərbaycan   Resihbilk asının  Silahlı Qüvvələri   və   Müharibə Veteranı  polkovnik   Salman Musayev



Hiç yorum yok:

Yorum Gönder

Pages