Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarında müxtəlif vəzifələrdə xidmət etmiüş, hal -hazırda Gəncə şəhər toxuculuq fabrikində baş mexanik vəzifəsində çalışan, Azərbaycan Respublikasının müharibə veteranı, vətənpərvərliyi, işgüzarlığı, mənəvi keyfiyyətləri, dəqiqliyi, təmkinliyi, sadəliyi, səmimiyyəti və səmərəli fəaliyyəti ilə, seçilən - istefada olan Məmmədov Afiq Ənvər oğlunun yanvar ayının 1-də 66 yaşı tamam olub.
Belə bir əlamətdar gün münasibətilə Afi Məmmədovu Daxili İşlər Nazirliyi ( DİN-in) Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, onun doğmaları, əzizləri, yaxınları, iş və döyüşçü yoldaşları səmimi qəlbdən təbrik edir,ona həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı,ailə sədəti və həyat yolların da bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər, Afiq müəllim qoy yaşının üstə gələn bu yeni yaşda sizə sevincdolu günlər bəxş etsin və hər yeni günüz isə ötən günlərdən daha gözəl istəklərinizə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Qeyd edək ki, Azərbaycan Respublikasının müharibə veteranı - istefada olan baş leytenant Məmmədov Afiq Ənvər oğlu 1 yanvar 1959 -cu ildə Gəncə şəhərində zəhmətkeş bir ailədə anadan olub.
1976-cü ildə Gəncə şəhər 20 nömrəli orta məktəbi, 1985- ci ildə Azərbaycan Politexnik İnstitutunu (indiki Azərbaycan Texniki Universiteti),1992-ci ildə isə Daxil İşlər Nazirliyi Daxil Qoşunların Əli Bayramlı (indiki Şirvan) şəhərində yerləşən tədris alayında zabitlərin təhkimləşdirmə kursunu bitirib.
1977- 1979-cu illərdə Sovet ordusunun Almaniya Demokratik Respublikasında yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olub.
1985-1991-ci illərdə Gəncə şəhər toxuculuq fabriki MMC-də müxtəlif vəzifələrdə işləyib.
1992-1994-cü ilərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Əlibayramlı (indiki Şirvan) şəhərində, Lacın və Hacıqabul rayonlarında yerləşən hərbi hissələrdə müxtəlif vəzifələrdə Vətənə dövlətə və xalqa sədaqətlə xidmət edib. Daxili İşlər Nazirliyi Daxili Qoşunlardan öz arzusu ilə Silahlı Qüvvələrə ehtiyata buraxıldıqdan sonra Gəncə şəhər toxuculuq fabriki MMC-də baş mexanik vəzifəsində çalışır.
Afiq Məmmədov Azərbaycanın ərazi bütövlüyü uğrunda (Ağdam, Ağdərə, Lacın və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə fəal iştirak edib. Azərbaycan Respublikasının müharibə veteranıdır.
Afiq Məmmədov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kimi göstərmişdir.O işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.
Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin və digər hüquqi-normativ aktların tələblərinə, eləcə də vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir cox hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.
Afiq Məmmədov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insapərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost-tanış, qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Qanunvericiliklə müəyyən edilmiş qaydada Daxili İşlər Nazirliyi Daxili Qoşunlarına həvalə edilmiş vəzifə və tapşırıqları yerinə yetirilməsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi- tədbirlərin keçirilməsi yerlərində ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə və yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil ütəşəkkil cinayətkarlığa qarşı mübarizədə,qanunsuz silahlı dəstələrin axtarışında və qəzalar , bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa fövqəladə, vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin olunmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Öz xidməti və ictimai vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə , döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanının,onun müavinlərinin,Ali hərbi məktəb rəisinin və hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı, yubiley və müvafiq idman dərəcəsi döş nişanları ilə təltif olunub, pul mükafatları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN AFİİQ MÜƏLLİM!
GÜNƏŞ QƏDƏR İSTİ…QAR DƏNƏSİ QƏDƏR SAF VƏ TƏMİZ BİR DİLƏYİLƏ…
Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder