Bakı Dövlət Universitetinin məzunu, jurnalist Mahir Bəybala oğlu Süleymanovun doğum günüdür. Mahir müəllimin atası, mərhum Bəybala Süleymanov 1941-1945-ci illərdə baş vermiş və tarixə Böyük Vətən müharibəsi kimi daxil olmuş amansız savaşın iştirakçısı olub. Mahir müəllimin böyük qardaşı, Əməkdar Mədəniyyət işçisi Məzahir Süleymanzadə Azərbaycan milli mətbuatının cəfakeşlərindən idi.Digər qardaşı Tahir Süleymanov isə tanınmış futbol mütəxəssisi və beynəlxalq dərəcəli hakimdir.
Biz, Mahir müəllimlə birgə həm "Səhər", həm də Azərbaycan Ordusu qəzetlərinin redaksiyalarında çalışmışıq.O, həm də I Vətən müharibəsində zabit olaraq iştirak edib. Mahir müəllim həm savadlı, həm də işgüzar insandır.
Əziz dostum, dəyərli Mahir müəllim, dostlar adından doğum gününüzü təbrik edir, ən xoş arzularımızı bildiririk.
Hörmətlə,
Şamil Sabiroğlu, jurnalist
Hiç yorum yok:
Yorum Gönder