Tanınmış aktyor, xalq artisti Ənvər Həsənov xəstəxanaya yerləşdirilib.



O, artıq 5 gündür ki, xəstəxanada müalicə olunduğunu bildirib. Onu çoxunuz "Uşaqlığın son gecəsi" filmindəki Murad rolundan tanıyırsınız. Aktyorun 74 yaşı var.

“Səhhətimdə ciddi problemlər var idi. Neçə illərdir xəstəliklər ilə mübarizə aparıram. Yeni ildən sonra səhhətimdəki problemlər daha da kəskinləşdi. Məcbur olub xəstəxanaya yerləşməli oldum. Bütün gün dava-dərmanlar, sistemlər olunur. Böyrəyim, ürəyimdə ciddi problemlər var. Xəstəxanada da qala bilmirəm, ürəyim partlayır, amma məcburam. Hələ bir neçə gün də burada qalmalıyam”.
İlham Rəsulzadə 

Hiç yorum yok:

Yorum Gönder

Pages