TƏBRİK EDİRİK !...
5 yanvar əziz nəvəm Musayev Salman Yaşar oğlunun anadan olduğu gündür.
Belə bir əlamətdar gün münasibətlə əziz nəvəm Salmanı babaları, nənələri, atası, anası, bacıları, maması (bibisi),xalası, qardaşı bacıları və ən yaxın qohumları səmimi - qəlbdən təbrik edir, ona həyatı boyu polad kimi möhkəm cansağlığı, ən yaxşı xoşbəxtlik, dinc həyat arzu edib deyirlər, Salman qoy həyatınız həmişə dinc və xoşbəxt olsun, yeni yaşınızın üstə gələn bu yaş sizə sevincdolu günlər bəxş etsin, hər yeni ilin isə ötən illərdən daha gözəl istəklərinə uyğun səni xoşbəxt edəcək şəkildə kecsin.
Hər yeni yaşını əzizlərinlə və səni sevənlərlə birlikdə qeyd edəsən!..
Allah bütün nəvələrimizi saxlasın, onların xoş günlərinin görməsini babalarına, nənələrinə, atasına, anasına, qardaş və bacısına qismət etsin.
Bir daha Ad günün mübarək əziz Salman nəvəm. Unutma; Kecmişə baxmaqla gələcəyə baxmaq olmaz. Gələcəyi görməyənlər irəli gedə bilməzlər. Həyatda daimi möhkəm addımlar atmağnız diləyi ilə ..
Dərin hörmətlə və səmimiyyətlə: Musayev Salman Calal oğlu
Hiç yorum yok:
Yorum Gönder