Nizami Vəli oğlu Abbas Şəmkir rayonunun Bayramlı kəndində anadan olub. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun (ÜDKİ) kinooperatorluq fakültəsini bitirib (1988). İlk fəaliyyətinə “Lenfilm”də (1974-1975, Rusiya) operator köməkçisi kimi başlayıb. 1976-cı ildən “Azərbaycanfilm”də, daha sonra “Yaddaş” studiyasında işləyib. 1991-ci ildə könüllü olaraq cəbhəyə gedb və döyüş bölgələrində çəkilişlər aparıb. Bir müddət Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Sənədli Filmlər Kino-Telestudiyası”nın bədii rəhbəri olub (1992-1998). 2005-ci ildən etibarən özünün təsis etdiyi “Yurdfilm” studiyasına rəhbərlik edir. Əməkdar incəsənət xadimidir (2007).
Rejissor, operator Nizami Abbas operator Üzeyir Abbasın atasıdır.
Filmoqrafiya:
Qocalar, qocalar (1982, tammetrajlı bədii film) – operator assistenti
Çoxsahəli pambıq əkini sahələrində balanslaşdırılmış yem bitkiləri (1984, qısametrajlı sənədli film) – operator
Qoca palıdın nağılı (1984, tammetrajlı bədii film) – ikinci operator
Tənha narın nağılı (1984, tammetrajlı bədii film) – ikinci operator
Afroditanın qolları (1987, qısametrajlı bədii film) - operator
Şeytan göz qabağında (1987, tammetrajlı bədii film) – operator
Sahibi kimdir? (1988, qısametrajlı sənədli film) – operator
Yaşa, qızıl balıq (1988, qısametrajlı bədii film) – operator
Axırıncı addım (1989, qısametrajlı sənədli film) – operator
Aman, ayrılıq (1989, qısametrajlı sənədli film) – operator
El bir olsa... (1989, qısametrajlı sənədli film) – operator
Kamandar Olimpiya çempionudur (1989, qısametrajlı sənədli film) - operator
Meydan (1989, qısametrajlı sənədli film) – operator
Məhəmməd Füzuli (II) (1989, qısametrajlı sənədli film) – operator
Azadlığa gedən yollar (1990, tammetrajlı sənədli film) – operator
Dözümlü minarələr (1990, qısametrajlı sənədli film) – operator
Qəm karvanı (1990, qısametrajlı sənədli film) – rejissor, operator
Sərhəd (1990, qısametrajlı sənədli film) – rejissor, operator
Ağ-qara dünya (1991, qısametrajlı sənədli film) - operator
Müharibənin iki üzü (1991, qısametrajlı sənədli film) - operator
Sürüşmə (1991, qısametrajlı sənədli film) – rejissor, operator
Fövqəldünya və ya qəsdsiz məntiqi səhv (1992, tammetrajlı sənədli film) – operator
Laçının son günləri (1992, tammetrajlı sənədli film) – operator
Naməlum torpaq (1992, tammetrajlı sənədli film) – operator
Azadlıq elçisi (1993, qısametrajlı sənədli film) – operator
Elan olunmamış müharibə (1994, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi, operator
Ağrılı yaddaş (1995, qısametrajlı sənədli film) – operator
Əzablı yollar (II) (1995, tammetrajlı sənədli film) – operator
Kiçik leytenant (1996, qısametrajlı bədii film) – operator
Adam (1996-2010, qısametrajlı bədii film) – operator, montaj rejissoru
Sən həmişə bizimləsən (1997, qısametrajlı sənədli film) – operator
Sınmış zəncirlər (1997, qısametrajlı sənədli film) – operator
Şeytanbazar (1997, qısametrajlı sənədli film) – rejissor, operator
General Hüseyn Rəsulbəyov (1998, qısametrajlı sənədli film) – operator
Kədərimiz... Vüqarımız... (1998, qısametrajlı sənədli film) – operator
Nəsrulla Nəsrullayev (1999, qısametrajlı sənədli film) – operator
Kinorejissor Arif Babayev (2000, qısametrajlı sənədli film) – operator
Etimad telefonu (2001, tammetrajlı bədii film) – operator
Şəhidlik zirvəsi (2001, qısametrajlı sənədli film) – operator
Kinorejissor Həsən Seyidbəyli (2002, qısametrajlı sənədli film) – operator
Bəyaz həyat (2003, bədii serial) – operator
Fikrət Əmirov (II) (2004, qısametrajlı sənədli film) – operator
Neft (II) (2004, qısametrajlı sənədli film) – operator
Səma şairi (2004, qısametrajlı sənədli film) – operator
Qobustan (IV) (2005, qısametrajlı sənədli film) – rejissor, operator
Narahat adam (2005, tammetrajlı sənədli film) – rejissor, operator
Əlvida, cənub şəhəri (2006, tammetrajlı bədii film) – operator qrupunun üzvü
Azərbaycan: tarixdən səhifələr (2006-2008, sənədli serial) – rejissor, operator
Şəkinin tarixi abidəsi (2007, qısametrajlı sənədli film) – operator
Qocalar (2008, qısametrajlı bədii film) – kreativ prodüser
Lahıc ritmləri (2008, qısametrajlı sənədli film) – prodüser
Mənim məktəbim (2008, qısametrajlı sənədli film) – operator
Azərbaycan xalçası (II) (2009, qısametrajlı sənədli film) - operator
Azərbaycan rəngkarlığının kraliçası (2009, qısametrajlı sənədli film) – operator
Ey həyat, sən nə qəribəsən (2009, tammetrajlı sənədli film) – operator
Üçüncü zəng (II) (2009, qısametrajlı sənədli film) – operator
Dilin sehrində yaşayan insan (2010, tammetrajlı sənədli film) – rejissor
Həyəcan tonqalları (2010, qısametrajlı sənədli film) – operator
Bəşəriyyətin beşiyi (2011, qısametrajlı sənədli film) – rejissor, operator
El-aləm: Qobustan (2011, qısametrajlı sənədli televiziya filmi) – rejissor, operator
Tar (2011, qısametrajlı sənədli film) – rejissor
Üfüqü ötənlər (2011, tammetrajlı sənədli film) – operator
Balaban (III) (2012, qısametrajlı sənədli film) – rejissor, operator
Daş plastikası (2012, qısametrajlı sənədli film) – rejissor, prodüser
Mayak (2012, qısametrajlı bədii film) – operator
Sirli bənövşə (2013, qısametrajlı sənədli film) – operator
Aşiqi sadiq (2014, qısametrajlı sənədli film) – operator
Müharibə uşaqları (2014, qısametrajlı sənədli film) – operator
Azərbaycan mətbəxi: dadsonrası dad (2015, qısametrajlı sənədli film) – operator
İlk komandir (2015, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
Pəhləvan komandir (2015, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
Batalyon (2016, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
Yumruqlarla solo (????, tammetrajlı bədii film) – rejissor
Hiç yorum yok:
Yorum Gönder