Rejissor Məhərrəm Bədirzadənin ad günüdür.




Məhərrəm Elisəftər oğlu Bədirzadə Bakıda anadan olub. Orta məktəbdə ikən pionerlər evində aktyor Süleyman Eləsgərovun təşkil etdiyi dram dərnəyinə gedib, sonra Lütfi Məmmədbəyov onu 26-lar adına mədəniyyət sarayına dəvət edib. Orada bir müddət həm rejissor assistenti, həm də aktyor kimi işləyib. Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində təhsil alıb (1963-1970, Mehdi Məmmədovun kursu). İnstitutu bitirdikdən sonra bir müddət radioda çalışıb. Müəllimi Mehdi Məmmədov onu “Canlı meyit” tamaşasına rejissor assistenti götürüb. 1971-ci ildən televiziyada çalışmağa başlayıb. Televiziyada dövrün bir neçə verilişləri onun adı ilə bağlıdır: “Səhər görüşləri”, “Dalğa”, “Gəlin birlikdə gülək”, “Gəzdim Azərbaycanı”, “Günaydın”, “Ocaq başı”. “Sarı gəlin” televiziya filminə görə “Qızıl qılınc” mükafatı ilə təltif edilib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosentidir. “Humay”, “Qızıl Dərviş” mükafatları laureatı, Əməkdar incəsənət xadimidir (2006). 

Filmoqrafiya:
Mənim günahım (1985, tammetrajlı film-tamaşa) – ikinci rejissor
Zəncirbənd (1989, tammetrajlı film-tamaşa) – rejissor
Qaçaq Süleyman (1995, tammetrajlı bədii film) – rejissor
“Qaynana” əməliyyatı (1999, tammetrajlı film-tamaşa) – rejissor
Bağdada putyovka var... (2000, tammetrajlı film-tamaşa) – rejissor
Gəl qohum olaq (2001, tammetrajlı film-tamaşa) – rejissor
Mən sənin dayınam (2001, tammetrajlı film-tamaşa) – rejissor
Gəlinlər (2002, tammetrajlı film-tamaşa) – rejissor
Yol yoldaşları (2003, tammetrajlı bədii film) – rejissor
Sonuncu şahid (2004, bədii serial) – rejissor, aktyor (Qədir)
Mənim üçün varsan (2005, tammetrajlı film-tamaşa) – rejissor
Sarı gəlin (II) (2006, tammetrajlı film-tamaşa) – rejissor
Təlatüm (2006, tammetrajlı bədii film) – rejissor
Gürzə (2008, bədii serial) – rejissor
Tahirənin intiqamı (2010, bədii serial) – rejissor
Mürafiə vəkillərinin hekayəti (2011, tammetrajlı film-tamaşa) – aktyor (Ağa Kərim)
Salamat qal, ağca yol (2012, qısametrajlı film-tamaşa) – rejissor
Səni axtarırıq... (2013, qısametrajlı sənədli televiziya filmi) – bədii rəhbər
Dələduzlar (2014, tammetrajlı bədii film) – rejissor
Divar (II) (????, tammetrajlı film-tamaşa) – rejissor
Ünvansız eşq (????, bədii serial) – rejissor
Allah rəhmət eləsin.

Hiç yorum yok:

Yorum Gönder

Pages