“Qisas” əməliyyatı Şəhidi Amin Qəfərlinin-CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜNDƏ MƏZARI ZİYARƏT OLUNDU, MƏCLİS DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (1)



Əslən Zəngilanlı, özü isə Bakılı, Biləcərili olan “Qisas” əməliyyatı Şəhidi Amin Rasim oğlu Qəfərlinin doğum günüdür.

Amin Qəfərlinin bu gün-22 yanvar 2025-ci il tarixində 21 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki üçüncü doğum günü, mövlududur.

Cənnətdəki üçüncü doğum günü ilə bağlı bu gün-səhər saatlarında Şəhidin İkinci Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub.

Ruhuna dualar edilib, “Quran” oxunub.

Məzarını ziyarətdən sonra isə İkinci Şəhidlər Xiyabanında yerləşən Mərasim evində Cənnətdəki üçüncü doğum günü ilə bağlı məclis düzənlənib, adına çay-ehsan süfrəsi açılıb.

Bir daha ruhuna dualar olunub.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.

Qısa çıxışlar edilib.

Çıxışlarda Cənnətdəki üçüncü doğum günü təbrik olunub, valideynlərinə-anası Natəvan xanıma və atası Rasim Qəfərliyə Allahdan səbr və dözüm arzulanıb.

Qeyd edək ki, Şəhidin məzarını ziyarətdə və Cənnətdəki üçüncü doğum günü ilə bağlı məclisdə ailə üzvləri, doğmaları, Bakı şəhərindən və digər bölgələrdən olan Şəhid ailələri, Qazilər, ziyalılar, məktəblilər, din xadimləri və digər şəxslər iştirak ediblər.

Bakmiltv.info Etikxeber.az xəbər verir ki, Amin Qəfərli 2004-cü ilin yanvar ayının 22-də Bakı şəhərində, Biləcəri qəsəbəsində dünyaya gəlib.

Natəvan və Rasim Qəfərlilərin tək və subay övladı olub.

Aminin həm də Kazım adlı tək və ailəli qardaşı var.

2010-2021-ci illərdə Biləcəri qəsəbəsində yerləşən 297 saylı tam orta məktəbdə oxuyub.

Məktəbi bitirdikdən az sonra, 2022-ci ilin aprelində Əsgərliyə yollanıb, Xüsusi Təyinarlı Qüvvələrdə (XTQ) xidmət etməyə başlayıb.

XTQ-nin Əsgəri kimi 2022-ci ilin sentyabrında “Qisas” əməliyyatında iştirak edib.

Sentyabrın 12-dən 13-nə keçən gecə Kəlbəcərdə Şəhidlik məqamına ucalıb.

Nəşi 2 gün sonra-15 sentyabr tarixində İkinci Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Hazırda ailəsinin yaşadığı kücə Onun adını daşıyır.

Məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü, 21 yaşı mübarək olsun!

Nur içində yatsın!

13:37

***

FOTOLAR:

15:10

***


Hiç yorum yok:

Yorum Gönder

Pages