Prezident: "Gələn il Qarabağ və Şərqi Zəngəzura qayıdacaq vətəndaşların sayı böyük dərəcədə artacaq"



"Qarabağın və Şərqi Zəngəzurun bərpası uğurla gedir".

Bakmiltv.info  AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində deyib.

Dövlətimizin başçısı, həmçinin qeyd edib:

"Artıq 10 minə yaxın keçmiş məcburi köçkün bu torpaqlara qayıdıb, onlar üçün ən gözəl şərait yaradılıb. Bütövlükdə isə azad edilmiş ərazilərdə 30 mindən çox insan yaşayır, çalışır, işləyir - həm yeni açılmış müəssisələrdə, sosial obyektlərdə, inşaat işlərində. Gələn il təbii ki, oraya qayıdacaq vətəndaşların sayı böyük dərəcədə artacaq".


Hiç yorum yok:

Yorum Gönder

Pages