Penitensiar Xidmətin əməkdaşlarına təşəkkür edirəm!



Salam, hörmətli Redaksiya!

Mən, Xırdalan şəhərində yaşayıram. Uşaqları atasız, min bir əziyyətlə böyütmüşəm. 1997-ci il təvəllüdlü oğlum Fərid Məmmədov Azərbaycan Ordusu sıralarında-Naxçıvanda həqiqi hərbi xidmətdə olub. Fərid hərbi xidmət dövründə hissə komandanlığı tərəfindən Təşəkkürnamə və Fəxri Fərmanla təltif edilmişdir. O, hərbi xidmətdən sonra bir müddət işlədi, evimizə çörəkpulu da gətirdi. Lakin, sonra müəyyən səhvlərə yol verdi. Məhz bundan sonra onun haqqında həbs qəti imkan tədbiri seçildi. F.Məmmədov, 1 il 3 aydır həbsdədir. Hazırda Qobustan Pentiensiar Müəssisəsindədir. Bu Müəssisənin işgüzar kollektivi məhbusların, o cümlədən də oğlum Fərid Məmmədovun qayğıları ilə maraqlanır, onlara zəruri dəstək göstərir. Müəssisədə məhbusların asudə vaxtlarının təşkili üçün zəruri şərait də yaradılıb.

Sizdən xahiş edirəm, mənim xüsusi təşəkkürümü Müəssisənin Rəisi, ədliyyə Polkovniki Əli Mahmudov və bu Müəssisənin Kollektivinə çatdırasınız.

Hörmətlə,

Süsən Abbasova, Xırdalan şəhəri.



Hiç yorum yok:

Yorum Gönder

Pages