Özbəkistanda həbs olunan Şəmsi Səmədzadə azadlığa buraxılıb



Ötən ilin sonunda Özbəkistanda həbs edilən iş adamı Şəmsi Səmədzadə azadlığa buraxılıb.

Bakmiltv.info Gununsesi.info-ya istinadla xəbər verir ki, Səmədzadə bir neçə gün əvvəl azadlığa çıxıb.

Bildirilib ki, Şəmsi Səmədzadə həbsinin səbəbləri barədə danışmayıb.

"Əsas odur ki, azadlıqdayam. İşdir, iş olan yerdə də problemlər olur", - deyən Səmədzadə əlavə şərh verməkdən imtina edib.

Qeyd edək ki, Azərbaycanda ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunan Şəmsi Səmədzadə Prezidentin əfv sərəncamı ilə 2022-ci ildə azadlığa buraxılıb.

Hiç yorum yok:

Yorum Gönder

Pages