Milli Məclisin deputatı Azər Allahverənov Nardaranda vətəndaşların qəbulunu keçirib



24 yanvar 2025-ci il tarixdə Milli Məclisin deputatı Azər Allahverənov Nardaran qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasında qəsəbədə yaşayan vətəndaşların növbəti qəbulunu keçirib.

Qəbulda iştirak edən qəsəbə sakinləri əsasən səhiyyə, torpaq üzərində mülkiyyət hüquqları, yaşadığı ünvan üzrə qeydiyyat və digər sosial-məişət xarakterli məsələlərlə bağlı müraciətlərini ediblər.

Qaldırılan məsələlər aidiyyəti üzrə baxılması üçün müvafiq qaydada qeydə alınıb. Müraciət edən vətəndaşlara bildirilib ki, hər bir məsələnin həll olunması istiqamətində zəruri addımlar atılacaq və onlar bütün müraciətlər barədə aidiyyəti üzrə məlumatlandırılacaqlar.

Hiç yorum yok:

Yorum Gönder

Pages