6 yanvar Mayor Saleh Adıgözəlov un doğum günüdür. Əgər yaşasaydı 61 yaşını qeyd edəcəkdir.Təəssüflər olsun ki, mayor Adıgözəlov Saleh Xankişi oğlu 2024-cü ilin may ayının 3-də Lənkəran rayonunun Liman şəhərində vəfat etdi.
Qeyd edək ki, Adıgözəlov Saleh Xankişi oğlu 1964 -ci ilin yanvar ayının 6 -da Azərbaycan Respublikasının Lənkaran rayonun Liman şəhərində (əvəlki adı port-iliç) zəhmətkeş ailədə anadan olmuşdur.
1981 -ci ildə Lənkaran rayonun Liman (əvvəlki adı port-iliç) şəhər orta məktəbi bitirdikdən sonra, 1981 - cü ildə Azərbaycan Poltexnik İnstitutuna daxil olmuş 1985- ci ildə həmin İnstitutu bitrmişdir.O,Daxili xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində, hərbi hissələrində və təlim-tədris mərkəzində keçirlən bir çox təlim – metodiki toplanışlarda, hərbi və xüsusi taktiki təlimlərdə, ixtisasartırma kurslarda fəal iştirak etmişdir.
mayor Saleh Adıgözəlov 1993-cü ilə kimi, Dövlət Sərhəd Qoşunlarında müxtəlif vəzifələrdə çalışmışdır.
1994- 2005-ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Lənkaran rayonunda yerləşən hərbi hissədə qərargah rəisinin xidmət üzrə müavini, Daxili Qoşunların Baş İdarəsinin kəşfiyyat şöbəsində isə zabit əzifələrində dövlətə, vətənə və xalqa sədaqətlə xidmət etmişdir.
Adıgözəlov Saleh Xankişi oğlu Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinə və vəzifə borcuna əməl etməkdə bütun şəxsi heyət ücün nümnə olmuşdur.
Saleh Xankişi oğlu Adıgözəlov Qanunvericiliklə müəyyən olunmuş qaydada Dövlət Sərhəd Xidmətinə, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarına həvala edilmis vəzifə və tapşırıqların yerinə yetirilməsində, dövlət sərhədinin, dövlət əhmiyyətli obyektlərin, inzibatı binaların, hərbi təchizat anbarların və hərbi şəhərciklərin mühafizə olunmasında, şəhərdə, yaşayış məntəqələrində, və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai təhlükəsizliyin təmin edilməsində və qorumasında, dövlət sərhəd mühafizəsinin pozanlara qarşı öz səlahiyyətləri daxilində tədbirlərin həyata keçirilməsində, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında,cinəyatkarlığa qarşı mübarizədə, qəzalar, bədbəxt hadisələr,yanğınlar,təbii fəlakətlər və başqa fövqəladə hallar , habelə fövqaladə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin olunmasında eləcə də dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.
Mayor Saleh Adıgözəlov öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə və hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə Dövlət Sərhəd Xidməti rəisinin, Daxili İşlər Nazirinin, Daxili işlər nazirinin müavini- Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafıq əmrləri ilə bir sıra medallarla, əlacı və yubiley döş nisanları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırılmış və ona təşəkkür elan edilmişdir.
Heyf ki,biz 2024-cü ilin may ayının 3-də Salehi itirdik. Lakin o, qəlblərdə yaşayır və yaşayacaq .
Daxili İşlər Nazirliyi (DİN-in) Daxil Qoşunların ehtiyatda və istefada olan zabitləri, kollektivi, (hərbi vəzifəliləri) Salehin ailəsinə və yaxınlarına səbr diləyir.
Allah rəhmət eləsin,
məkanı cənnət olsun!!!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder