Azərbaycan Respublikasının Silahlı Qüvvələri və müharibə veteranı olmuş, mayor Rövşən Zahidov əgər yaşasaydı yanvar ayının 6-da 63 yaşnı qeyd edəcəkdir.
Xatırladaq ki, Daxil Nazirliyinin (Din-in) Daxili Qoşunların həyatında öz dəst-xətti olmuş, Azərbaycan Respublikasının Silahlı Qüvvələri və müharibə veteranı- mayor Zahidov Rövşən Ağaşirin oğlu 2024-cü ilin sentyabr ayının 8-də 62 yaşında Hacqabul rayonunda qəflətən vəfat etmişdir.
Mayor Zahidov Rövşən Ağaşirin oğlu 1962-ci illin yanvar ayının 6-da Hacqabul rayonunda (şəhərində) zəhmətkeş bir ailədə anadan olmuşdur .
1979 -ci ildə Hacıqabul rayonunun 9 nömrəli tam orta məktəbi, 1983 -cü ildə isə Sovet ordusunda gizirlər məktəbini bitirmişdir.
1980-1982-ci il lərdə Sovet ordusunun Naxçıvam şəhərində yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olmuşdur .
1982-1990-ci illərdə Sovet Ordusunun Hacıqabul rayonunda yerləşən aviasiya hərbi hissələrin birində,1990-1991-ci illərdə isə Daxili İşlər Nazirliyiinin Hacıqabul rayonunda yerləşən polis şöbəsində müxtəlif vəzifələrdə calışmışdır.
1992-2006-cı illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Naxçıvan şəhərində, Hacqabul,Ağdam, Ağdərə, Xətai, Xacmaz (Yalama qəsəbəsində) Zakatala, Qaradağ, Xətai və Nərmanov rayonlarında yerləşən hərbi hissələrdə (hərbı hospitalda) taqım komandiri, bölük komandiri, xidmət rəisi,hərbi hissə komandirinin maddi texniki təminat üzrə müavini vəzifələrində Vətənə, dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.
Daxili Qoşunların formalaşması və inkişafında,cavabdeh olduğu sahədə yüksək fəaliyyət göstəricilərinin əldə edilməsində Rövşən Zahidov öz əməyini, bilik və təcrübəsini əsirgəməmişdir.
Zahidov Rövşən Ağaşirin oğlu Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamələrin tələblərinin, əmir və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində öz tabecliyində olanlara və bir çox hərbi qulluqçulara şəxsi nümunə olmuşdur.
Qanunverciliklə müəyyən olunmuş qaydada Daxili İşlər Nazirliyi Daxili Qoşunlarına həvalə olnmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində,şəhərdə,yaşayış məntəqələrində və kütıəvi tədbirlərin keçirilmə yerlərində ictimai asayişin təmin edilməsində, ictimai təhlükəsizliyin qorunmasnda, silahlı dəstələrin zərərsizləşdirilməsində, yaşayış məntəqələrində və cəzaçəkmə müəsələrində kütləvi iğtişaşların qarşısının alınmasında, qəzalar, bədbəxt hadisələr, yanğınlar,təbii fəlakətlər və başqa fövqaladə hallar, habelə fövqaladə vəziyyət və komendat saatı zamanı hüquqi rejimin təmin edilməsində eləcə də Azərbaycanın ərazi bütövlüyü (Ağdam,Ağdərə və Füzuli rayonları) uğrunda gedən döyüşlərdə ona həvalə edilmiş vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və müharibə veteranıidi.
Öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiginə və hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə, SSRİ Müdafiə Nazirinin, Daxili İşlər Nazirinin,Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,İdarə, diviziya və hərbi hissə komandirinin ( hərbi hospital rəisinin), müvafiq əmirləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanı ilə təltif olunmuş,bir çox diplomlarla, fəxri fərmanlarla, qiymətli hədiyələrlə mükafatlandırılmlş, ona təşəkkur elan edilmiş və aşağıdakı medallarla təltif olunmuşdur:
1.”Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal-Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
2.."Qüsursuz xidmətə görə" 2 -ci dərəcəli medal-Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
3.”Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
4.”Azərbaycan Resp Silahlı ubilkasının Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) yubiley medalı ilə;
5.”SSRİ Qüvvələrinin 70 illiyi (1918-1988)” yubiley medalı ilə;
6.”Azərbaycan Respubilkası Silahlı Qüvvələr Veteranı” medalı İlə.
Heyif ki,biz 2024-cü ilin sentyabr ayının 8-də Rövşəni itirdik.Lakin o, qəlblərdə yaşayır və yaşayacaq.
Allah rəhmət eləsin, məkanı cənnət Tanrı övladlarını qorusun!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı
polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder