Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Xacmaz və Nərnanov rayonlarında yerləşən hərbi hissələrinin həyatında öz dəst-xətti olmuş- kapitan Qasımov Ramiz Cankişi oğlunun yanvar ayının 26-da vəfatından 11 il ötür.Təssiflər olsun ki,ömür vəfa etmədi,Ramiz Qasımov 2014-cü ilin yanvar ayının 26-da Bakı şəhərində vəfat etdi.
Ömrünün gününü Vətənin bütövlüyünə, xalqımızın xoş gələcəyinə həsr edən hər kəs Vətənin xoşbəxt vətəndaşıdır.Belə insanlardan biridə kapitan
Qasımov Ramiz Cankişi oğlu idi. O, 1957-ci ilin oktyabr ayının 8-də Cəlilabad rayonunda zəhmətkeş ailədə
anadan olmuşdur.Hərbici ailəsində dünyaya göz acmış Qasımov Azər Ramiz oğluda atasının xidmət yolunu davam etdirək peşəkar zabit kimi 20 ildən cox Daxili Qoşunların hərbi hissələrində müxtəlif xidmət etmişdir.
Ramiz Qasımov 1964-1976-cı illərdə orta təhsilini Cəlilabad rayonda və Bakl şəhəri Sabuncu rayonunun Balaxanı qəsəbəsində almışdır.1978-ci ildə Ukrayna Respubilkasında aviasiya hərbi texniki məktəbini,1984-cü ildə isə SSRİ Daxili İşlər Nazirliyinin Barnaul şəhərində yerləşən xüsusi orta ixtisas məktəbini bitrimişdir.
Kapitan Ramiz Cankişi oğlu Qasımov 1978-1980-ci illərdə SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur.
1980-1982-ci və 1984-1993-cü illərdə SSRİ və Rusiya Fedarativ Respubilkasının Perm vilayətində yerləşən islah-əmək müəsussələrin birində müxtəlif vəzifələrdə işləmişdir.
Ramiz Qasımov 1994-cü illin mart ayından, 1999-cu illin may ayına kimi Azərbaycan Respubilkasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Xacmaz (Yalama qəsəbəsində) və Nərmanov rayonlarında yerləşən hərbi hissələrində bölük komandiri, Alayın silah xidmət rəisi, klub rəisi, avtomobil tabor komandirinin müavini vəzfələrində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.
Daxili Qoşunların Xacmaz (Yalama qəsəbəsində) və Nərmanov rayonlarında yerləşən hərbi hissələrin formalaşması və inkişafında, cavabdeh olduğu sahədə yüksək fəaliyyət göstəricilərinin əldə edilməsində Ramiz Qasımov öz əməyini, bilik və təcrübəsini əsirgəməmişdir.
Qasımov Ramiz Cankişi oğlu Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi,Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamələrin tələblərinin,əmir və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində öz tabecliyində olanlara və bir çox hərbi qulluqçulara şəxsi nümunə olaraq Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.
Qanunverciliklə müəyyən olunmuş qaydada Daxili Qoşunlara həvalə olnmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində,şəhərdə,yaşayış məntəqələrində və kütıəvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin təmin edilməsində,ictimai təhlükəsizliyin qorunmasnda, silahlı dəstələrin zərərsizləşdirilməsində, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında,qəzalar,bədbəxt hadisələr, yanğınlar,təbii fəlakətlər və başqa fövqaladə hallar, habelə fövqaladə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin edilməsində ona həvalə edilmiş vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Öz xidməti vəzifə borclarını və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiginə görə, SSRİ və Azərbaycan Respubilkasınınn Daxili İşlər Nazirlərinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,islah-əmək müəsissə rəisinin, hərbi hissə komandirinin müvafiq əmirləri ilə bir sıra medallar ilə, əla xidmətlərə görə əlacı döş və yubiley nişanı ilə təltif olunmuş, fəxri fərmanlarla, diplomlarla, qiymətli hədiyələrlə mükafatlandırlmış,ona təşəkkur elan edilmişdir.
Bu gün Ramiz Qasımovun ölməz ruhunu bir daha ehtiramla yad edirik və böyük minatdarləqla xatırlayırıq,doğmalarının,əzizlərinin, yaxın qohumlarının, onu tanyan insanların və iş yoldaşlarının ürəyində yaşayan ölməz Ramiz!.. Ruhun şad olsun,Allah sənə rəhmət eləsin,məkanın cənnət olsun.Amin!
Azərbaycan Respubilkasının Silahlı Qüvvəri və Müharibə
Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder