Kapitan Ramiz İbrahimovun 15 yanvar vəfat etdiyi gündür.




 15 yanvar Azərbaycan Respublikasının müharibə veteranı olmuş- kapitan Ramiz İbrahimovun vəfatından 8 il ötür. 

 

Xatırladaq ki, Daxil Nazirliyi  (Din-in) Daxili Qoşunlarının həyatında öz dəst-xətti olmuş, Azərbaycan Respublikasının  müharibə veteranı-kapitan  İbrahimov Ramiz  İsmayıl oğlu  2017-ci ilin yanvar ayının  15-də  60 yaşında  Bərdə rayonunda   vəfat edib.       


 İbrahimov  Ramiz İsmayıl oğlu  1957-ci illin  oktyabr ayının 1-də Ağdam  rayonunun Qarapirimli kəndində zəhmətkeş bir ailədə anadan olmuşdur .


1974 -cü ildə   Ağdam rayonunun Qarapirli kənd   orta məktəbini, Daxil İşlər Nazirliyi Daxili Qoşunlarının  Tiflis  şəhərində gizirlər   məktəbini və Bakı şəhərində zabitlərin  ilkin hazırlığı kursunu bitirmişdir.


1980-1982-ci il lərdə Sovet ordusunda  müddətli həqiqi hərbi xidmətdə olub.


1980-1991-ci illərdə   SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bakı şəhərində yerləşən konvoy- mühafizə alayında,1992-1996-cı ildə  isə Azərbaycan Respublikasının  Daxili İşlər  Nazirliyi  Daxili Qoşunlarının Ağdam, Ağdərə və Füzuli rayonlarında yerləşən hərbi hissələrində müxtəlif vəzifələrdə Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.


İbrahimov Ramiz İsmayıl oğlu Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti  nizamələrin tələblərinin,  əmir və sərancamların dəqiq və sözsüz  yerinə yetirilməsi işində öz tabecliyində olanlara və  bir çox hərbi qulluqçulara  şəxsi nümunə olmuşdur.


Qanunverciliklə müəyyən olunmuş  qaydada Daxili İşlər Nazirliyi Daxili Qoşunlarına həvalə olnmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində,şəhərdə,yaşayış məntəqələrində və kütıəvi tədbirlərin  keçirilmə yerlərində ictimai asayişin təmin edilməsində, ictimai təhlükəsizliyin qorunmasnda, silahlı dəstələrin zərərsizləşdirilməsində,  yaşayış məntəqələrində  və cəzaçəkmə müəsələrində kütləvi iğtişaşların qarşısının alınmasında, qəzalar, bədbəxt hadisələr, yanğınlar,təbii fəlakətlər və başqa fövqaladə  hallar, habelə fövqaladə vəziyyət və komendat saatı zamanı hüquqi rejimin təmin edilməsində eləcə də Azərbaycanın ərazi bütövlüyü (Ağdam,Ağdərə və Füzuli rayonları) uğrunda gedən döyüşlərdə ona  həvalə edilmiş vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.Azərbaycan  Respublikasının  müharibə veteranı idi.


Öz xidməti vəzifələrini və hərbi hissə qarşısında  qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiginə və  hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə, SSRİ  və Azərbaycan Respublikasının Daxili İşlər Nazirləri nin,Daxili Qoşunlar Komandanlarının və onun müavinlərinin,idarə, diviziya  və hərbi hissə komandirlərnin  müvafiq əmirləri ilə bir  sıra medallarla,əla xidmətlərə görə əlacı  və yubiley döş  nişanı ilə təltif olunmuş, bir necə diplomlarla,  fəxri fərmanlarla, qiymətli  hədiyələrlə mükafatlandırılmlş və ona təşəkkur elan edilmişdir .


Heyif ki, biz 2017-cü ilin yanvar ayının 15-də Ramizi  60 yaşında itirdik.Lakin o, qəlblərdə yaşayır və yaşayacaq. 


Allah rəhmət eləsin, məkanı cənnət Tanrı övladlarını qorusun!



Azərbaycan Respubilkasının  Silahlı Qüvvələri və  Müharibə  Veteranı     

polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages