Yanvar ayının 8-də Azərbaycan Respublikasının idman ustası, Azərbaycan Vətən Müharibəs Veteranları İctimai Birliyinin Yasamalı rayon şöbəsinin üzvü,bir çox medallarla, döş nişanları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırımış Həsən Quliyevin 51 yaşı tam olur.
Qeyd edək ki,Quliyev Həsən Əbdülhüseyn oğlu 1974 –ci yanvarın 8 –də Ucar rayonunda anadan olub.
1981-ci illərdə qeneral Həzi Aslanov adına 175 saylı orta məktəbdə daxil olub və 1991-ci ildə həmin məktəbi bitirib.
1992 ci ildə Yasamal Rayonu hərbi komissarliq tərəfindən həqiqi hərbi xidmətədə çağırılmışam, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Binəqədi rayonunda yerləşən hərbi hissəsində müddətli həqiqi hərbi xidmətə olub.
1992-1993 illərdə Azərbaycan Resbublikasının ərazı bütövlüyü uğrunda gedən döyüşlərdə Laçın rayonunda iştirak edib və sağ ayagin bud nahiyəsindən kor güllə yarası Azərbaycan Respublikasının mniüharibə veteranıdlr.
1996-ci ildə Daxili Qoşunlardan ehtiyata buraxılıb.
2000-ci ildə Azərbaycan Resbublikası Dövlət İqtisad Universitetində Beynalxalq İqtisad Münasibətlər fakültsində qiyabi şöbəsində daxil olub və 2005-ci ildə həmin Universiteti bitirib.
1997-2004 illərdə NİKOYL,LUKOİL şirkətlərində mühafizəçi işləyib.
2004 – 2013-cü illərdə YELO bankda kassir-inkassator vəzifəsində çalışıb.
2012 -ci ildən Azərbaycan Resbublikasının Kontakt Karate federasiyasında baş məşqçisidir.Hal- hazırda Kontakt Karate Federasiyasının Həsən Karate do klubunun prezidentidir
2012-ci ildə Kontakt Karate üzrə Respublika çempionu olub.
2013-ci ildə Macaristanın Eger şəhərində karate şotokan üzrə Avropa çempionu olub.
2013-ci ildə Serbiyanın Novı Sad şəhərində karate şotokan üzrə Dünya çempionu olub.
2014-ci ildə Macarıstanın Eger şəhərində karate şotokan Avropa çempionu olub.
2014-ci ildə Polşanın Dombrova Qornitsa şəhərində karate şotokan üzrə Dünya çempionu olub.
2015-ci ildə Latviyanin Riqa şəhərində keçirilən Pribaltika Olimpiyadasının karate üzrə qalib olmuş və həmin dövlətin Dauqavpils şəhərində keçirilən karate şotokan komanda şəklində Avropa çempionu olub.
2016-cı ildə İdman və Gənclər Nazirliyi tərəfindən Azərbaycan Respublikası Karate idman növündən İdman Ustası adına layiq görülüb.
2016, 2017, 2018,2019 illərdə bir neçə dəfə Avropa dövlətlərində,Almaniya,Bolqariya,Montoneqro şəhərində karate şotokan üzrə keçirilən Avropa və Dünya çempionatlarında iştirak və hakimlik edib, gümüş və bürünc mükafata layiq görülüb.
2018-ci ildə Bakıda karate şotokan üzrə MDB dövlətlərində karatenin 40 illik yaranması günü keçirilən BAKU OPEN Beynalxalq turnirində veteran karateçilərin arasında bürünc mükafa qazanıb.
2018-ci ildən Kantakt karate federasiyasının baş məşqçisidir.
2019-ci ildə BAKU OPEN Beynalxalq turnirin gümüş mükafatçısıdır.
2020-ci ildə canlı əfsanə karateçi, karate üzrə 5 qat Dünya,12 qat Avropa çempionu ,karatenin Qara Brilyant ləqəbli Rafael Ağayevin 35 illiyi yubeliyi münasibəti ilə keçirilən BAKU OPEN Beynalxalq turnirinin veteranlar arasında gümüş mükafata layiq görülüb.
Azərbaycan Respublikasının müharibə veteranı Həsən Quliyev 2020-ci ildən Azərbaycan Vətən Müharibəs Veteranları İctimai Birliyinin Yasamalı rayon şöbəsinin üzvüdür.
Həsən Quliyevi doğum günü münasibətilə Daxil İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi vəzifəliləri, Azərbaycan Vətən Müharibəs Veteranları İctimai Birliyinin Yasamalı rayon şöbəsinin idarə heyəti, onun doğmaları, əzizləri,iş və döyüş yoldaşları səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, ailə səadəti, xoşbəxtlik və fəaliyyətində yeni uğurlar arzulayırlar.
DOĞUM GÜNÜN MÜBARƏK OlSUN, HƏSƏN.
Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder