Bu gün Şəhid Vasif Əhmədovun Şəhadətə yüksəlməsindən 31 il ötdü.
15 yanvar 2025 ci il də Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Zəngilan rayon şöbəsi olaraq Sumqayıt şəhərində Şəhidimizin anası Sima ananı Ziyarət etdik.
Ziyarətdə AVMVİB Zəngilan rayon şöbəsinin sədri Azad Musayev, sədr müavini Zakif Abbasov şöbənin fəal üzvləri adında iştirak etdi.
Sima anamızla hal əhval tutduqdan sonra Şəhidimizin döyüş yolu barədə söhbət edərkən Şəhidimizlə eyni döyüşdə olduğumu bildirərkən anamız çox sevindi.
Çay süfrəsi arxasında maraqlı söhbət etdik.
Sonra Şəhid anamıza üzərində Şəhidimizin şəkili olan ŞƏHİD ANASI döş nişanı və AVMVİB Zəngilan rayon şöbəsinin Fəxri fərmanın təqdim etdik.
Əhmədov Vasif Nüsrət oğlu Rəbənd kəndində anadan olub. 1981-91-ci illərdə Alıbəyli kənd orta məktəbini bitirib.
1992-ci lin mayinda səfərbərliyə alınaraq orduya hərbi xidmətə aparılıb. Bartaz kəndinin ərazisini-Şükrətaz yüksəkliyini qoruyan bölmənin tərkibinə daxil edilib. Zəngilan rayonu işğal olunduqdan sonra 1993-cü il dekabr ayinın 15-də Füzuli rayonunun müdafiəsinə göndərilib. 1994-cü il yanvarın 15-də Füzulinin Seyidəhmədli kəndi uğrunda gedən döyüşdən qəhrəmancaçına döyüşərək Şəhid olub. Məzarı Bakıda Şəhidlər Xiyabanındadır.
Ruhuna Allahın salamı olsun Şəhidim!
AVMVİB Zəngilan rayon şöbəsinin sədri: Azad Musayev
Hiç yorum yok:
Yorum Gönder